Həmədan Əyalətində yerləşən Bərfiyan kəndinin sakinləri təxliyyə edilə bilər

Həmədan Əyalətində yerləşən Bərfiyan kəndinin sakinləri təxliyyə edilə bilər

GünAz TV: Həmədan Əyalətində yerləşən Toysərkan Şəhər İcra Hakimiyyətinin başçısı Bərfiyan kəndində baş verən torpaq sürüşməsi ilə əlaqədar kənd sakinlərinin təxliyyə edilə biləcəyi barədə məlumat paylaşıb.

 

Bu barədə cümə axşamı günü mətbuata danışan Həmid Mumivənd bildirib ki, Bərfiyan kəndində torpaq sürüşməsi baş verib, bunun nəticəsində bir çox qoz ağacı kökündən çıxıb. Əslində bu hadisə iki yerdə baş verib. Onun ən təhlükəli hissəsi kənddən nisbətən uzaqdadır. Lakin kəndin yuxarısında baş verən sürüşmə də təhlükəli sayıla bilər, həmin yerdə bir çox çatlar əmələ gəlib.

 

Şəhər İcra Hakimiyyəti başçısının sözlərinə görə, torpaq sürüşməsi Toysərkanın bir neçə kəndində qeydə alınıb, lakin ən təhlükəlisi Bərfiyan kəndinə aiddir.

 

Həmid Mumivənd bildirib ki, hazırda əyalətin mərkəzindən bölgəyə ekspert qrupu göndərilib. Onlar torpaq sürüşməsi ilə əlaqədar kəndin vəziyyəti ilə yaxından tanış olacaq. Lazım gələrsə, kənd sakinləri təxliyyə olunaraq təhlükəsizlik bir yerə intiqal ediləcək.

 

Qeyd edək ki, torpaq sürüşməsi ilə üzləşən Bərfiyan kəndi dağın yamacında yerləşir, kənddə 34 ailə yaşayır.

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN