Həmədanda 200 nəfərdən çox insan yol qəzalarında həyatını itirib

Həmədanda 200 nəfərdən çox insan yol qəzalarında həyatını itirib

GünAz TV: Həmədan Əyaləti Yol Nəqliyyatı İdarəsinin rəis müavini təmsil etdiyi əyalətdə baş verən avtomobil qəzalarında ölənlərin sayının artdığını bildirib.

 

Bu barədə Səfər Sadiqirad yol qəzalarına qarşı önləyici tədbirlərlə bağlı keçirilən iclasda məlumat verib.

 

“Cari ilin (İranda yeni il Novruz bayramından başlayır) birinci yarısında Həmədan Əyalətinin yollarında baş verən avtomobil qəzalarında 207 nəfər həyatını itirib. Bu rəqəm ötən ilin birinci yarısında 172 nəfərdən ibarət olub. Statistik məlumat göstərir ki, yol qəzalarında ölənlərin sayı 20 faiz artıb.”- deyə o bildirib.

 

Səfər Sadiqirad əlavə edib ki, cari ilin birinci 6 ayında Həmədan Əyalətinin yollarında 1076 yol qəzası qeydə alınıb, bu rəqəm ötən ilin müvafiq dövründə 1024-dən ibarət olub.

 

Qeyd edək ki, Güney Azərbaycan yollarında təxminən hər gün çoxsaylı insan tələfatı və kütləvi xəsarət alma ilə nəticələnən ağır yol qəzaları baş verir. Bunun əsas səbəbi sürücü və insan amilli başda olmaqla qeyri-standart yollar və keyfiyyətsiz maşınlardır.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN