Həmədanda çörəyin qiyməti qalxıb

Həmədanda çörəyin qiyməti qalxıb

GünAz TV: Güney Azərbaycanın Həmədan Əyalətində çörək və çörək məmulatları kəskin bahalaşıb.

 

Bu barədə Həmədan Valisinin iqtisadi məsələlər üzrə müavini Zahir Purmücahid “Fars” xəbər agentliyinə danışıb.

“Artıq Qiymətləri Müəyyənləşdirən Komitənin katibi yeni qiymətləri elan edib. 170 qramlıq lavaş 300 tümən, bərbəri 1000 tümən, səngəkin qiyməti isə 1000 və 1300 tümən təyin olunub.”- deyə o bildirib.

 

Vali müavini bildirib ki, enerji, un və xəmir mayası bahalaşdığına görə çörəyin qiymətinin qalxması gözlənilən idi. Onun sözlərinə əsasən yeni qiymətlər bu gündən qüvvəyə minir.

 

Valinin iqtisadi məsələlər üzrə müavini vurğulayıb ki, qiymətlər qalxdıqdan sonra çörəyin keyfiyyəti daha da yaxşılaşacaq, çörəkxanalara davam şəkildə nəzarət ediləcək.

 

Qeyd edək ki, İran və Güney Azərbaycanda ərzaq məhsullarından tutmuş məktəb ləvazimatlarına qədər bütün məhsullar bahalaşıb. Qeyri-adi bahalıq İranın nüvə fəaliyyəti ilə əlaqədar ölkəyə qoyulan iqtisadi sanksiyalardan sonra bütün şəhər və kənlərdə müşahidə olunur. İşsiz və yoxsul durumda olan əhali bu vəziyyətdən ən çox əziyyət çəkən təbəqədir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN