Həsən Ruhani Xoy şəhərində

2018-11-19

GünAz TV: Qərbi Azərbaycan səfərini əyalətin mərkəzi şəhəri olan Urmiyədən deyil, Xoydan başlayan İran prezidenti Həsən Ruhani bu gün səhər saatlarında Xoya gəlib.

 

O Xoyun hava limanında jurnalistlərin suallarını cavablandıraraq bu şəhərdə 220 yataqlı xəstəxana və dəmir yolu layihəsinin açılışı olacağını bildirib.

 

Prezident bundan əvvəlki səfərdə verilən vədləri sadalamadan qeyd edib ki, ötən səfərdə təsdiqlənən layihələrin üzərində işlənilir, icra olunmayan layihə varsa onlar təkmilləşdiriləcək.

 

Əslində prezident ötən səfəri zamanı verdiyi vədlərin təxminən heç birini yerinə yetirməyib. Noyabrın 18-də Urmiyənin millət vəkili Nadir Qazipur, Həsən Ruhaninin bundan əvvəlki səfərdə bölgə üçün təsdiq etdiyi layihələr və verdiyi vədlərin 90 faizini yerinə yetirmədiyini bildirmişdir. N.Qazipur bu barədə “Urum News” yerli xəbər agentliyinə açıqlama verib.

 

Prezident Həsən Ruhani Xoy şəhərinin Çəmran stadionunda əhalinin qarşısında çıxış edib. Çıxışının əsas hissəsinin Amerika Birləşmiş Ştatları (ABŞ) ilə İranın münasibətlərinə həsr edən prezident Amerikaya təslim olmayacaqlarını vurğulayıb. O söbətində çalışıb ki, ölkə əhalisinin yaşadığı iqtisadi problemləri İran hökuməti ilə deyil, ABŞ-ın sanksiyaları və onun təzyiqləri ilə əlaqələndirsin.

 

İran prezidenti bölgənin problemlərindən daha çox yaxın şərq, o cümlədən Suriya, İraq, Livan (Lübnan) və Yəmən  məsələlərinə diqqət çəkib. O bildirib ki, müsəlman qardaşlarımız hər zaman bizdən yardım istəsələr, biz var gücümüzlə onlara yardım edəcəyik.

 

Ölkədəki bütün iqtisadi gərginliyi ABŞ-ın İrana qarşı siyasəti ilə əlaqələndirən prezident əsas qida məhsullarında qıtlıq yaşanmayacağını diqqətə çatdırıb.

 

Həsən Ruhani Urmu gölünün canlandırılması ilə bağlı  yenə də vəd verib. Onun sözlərinə görə, Urmu gölü canlandırılmasa da, suyun səviyyəsində sabitlik yaranıb və canlandırma prosesi dövlət tərəfindən davam etdiriləcək.

 

Prezident o halda Urmu gölündə suyun səviyyəsinin sabitliyindən bəhs edir ki, bir çox yerli məsul, hətta bəzi ölkə məsulları göldə vəziyyətin günü-gündən pisləşdiyini və suyun səviyyə tarazlığının ötən illərə nisbətən daha da aşağı düşdüyünü dəfələrlə açıqlayıblar.

 

Prezident Qərbi Azərbaycana səfəri çərçivəsində Xoydan Urmiyəyə yola düşəcək.

 

Qeyd edək ki, Qərbi Azərbaycan Valiliyinin açıqlamasına görə, Urmu gölünə baxış keçirmək prezidentin səfər proqramında yer almayıb.

 

N.S

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Post | Gunaz article social
فرید سرهنگی

2020-05-28

صفویان که بیشتر از ترک بودنشان به شیعه بودنشان می بالیدند برای این که در مقابل امپراطوری عثمانی قد علم کنند به مرثیه سرایی به سبک شاعران شعوبیه فارس ها مانند فردوسی پرداختند واز همین رو پان ایرانیسم(پان فارسیسم)در ایران خراب شده به وجود آمد. قابل توجه جناب احمد اوبالی که از صفویان ترک هایی قهرمان ساخته!

Şərh Yaz
gun az article

Şərqi Azərbaycanda koronavirusa yoluxanların sayı artır: hər gün 160 nəfər

2020-06-01

gun az article

Təbriz meri: koronavirusun yayılması yenidən fövqəladə səviyyəyə çatıb

2020-06-01

gun az article

“İranın idman məsulları 3 dəfə Traxtur komandasının çempion olmasının qarşısını alıblar”

2020-05-31

gun az article

Gilan əhalisinin 30 faizi türkdür deyən deputatın mandatı təsdiqlənməyib

2020-05-31

gun az article

Təbriz Şəhər Şurasının üzvü: şairlər məqbərəsində kəşf edilən tarixi əşyalar gizlədilib

2020-05-31

gun az article

Qərbi Azərbaycanda koronavirusun ikinci dalğası ilə bağlı xəbərdarlıq

2020-05-31

gun az article

Zəncanda geyim mağazaları iflas həddindədir

2020-05-31

gun az article

Güney azərbaycanlı öyrənci Melika Qaragözlü inzibati komitəyə çağırılıb

2020-05-30

gun az article

Şərqi Azərbaycanda baş verən yol qəzalarında 3 nəfər ölüb, 3 nəfər bədən xəsarəti alıb

2020-05-30

gun az article

Beyin ölümünə düçar olmuş 12 yaşlı təbrizli qızın bədən orqanları 5 xəstəyə həyat bəxş edib

2020-05-30

gun az article

İranın anti-Azərbaycan “Səhər tv” telekanalı Qərbi Azərbaycanı “Kürdüstan” adlandırıb

2020-05-30

gun az article

Ərdəbil əyalətində 21 yeni koronavirusa yoluxma halı aşkarlanıb

2020-05-30

gun az article

GünazTV May.29.2020: Azərbaycan Respublikasının müstəqilliyinin 102-ci il dönümü,Amerika Birləşmiş Ştatlarının müxtəlif ştatlarında anıldı.

2020-05-30

gun az article

GünazTV May.29.2020: Azadlıq səsi: Xordad qiyamının ildönümü və 11-ci məclis açılışı

2020-05-29

gun az article

GünazTV May.29.2020-QADINCA: Azərbaycan cümhuriyetinin müstəqilliyinin 102-ci ili

2020-05-29

gun az article

Mərənd-Sofiyan yolunda baş verən avtomobil qəzasında 2 nəfər ölüb

2020-05-29

gun az article

Şərqi Azərbaycanda əhalinin 18%-i koronavirusa yoluxub

2020-05-29

gun az article

GünazTV May.28.2020-Sözümüz: Parçalanmış Azərbaycan və Ədəbi Körpü

2020-05-28

gun az article

GünazTV May.28.2020- Düşünməyə Çağrı: Quzey və Güney Azərbaycan Üçün 28 May'ın Önəmi

2020-05-28

gun az article

Qərbi Azərbaycanda koronavirusa yoluxanların sayı 4900-ü ötüb

2020-05-28