Həsən Ruhaninin çıxışı zamanı stadionda milli şüarlar səsləndirildi, bozqurd işarəsi tutuldu, İran bayrağı ayaq altına atıldı – Təbrizdə / VİDEO

Həsən Ruhaninin çıxışı zamanı stadionda milli şüarlar səsləndirildi, bozqurd işarəsi tutuldu, İran bayrağı ayaq altına atıldı – Təbrizdə / VİDEO

GünAz TV: Xəbər verdiyimiz kimi, İran prezidenti Həsən Ruhani aprelin 24-də Güney Azərbaycanın Təbriz şəhərində səfərdə olub.

 

Təxti stadionunda əhali qarşısında çıxış edən Ruhani Təbrizdə olduqca soyuq qarşılanıb. Bu vəziyyəti öncədən proqnozlaşdıran dövlət orqanları prezidentin çıxış etdiyi məkana çox sayda İslam İnqilabı Keşikçilər Korpusunun üzvləri (“Sepah”), bəsicilər (hökumət tərəddarları, yarım silahlı dəstələr) və hökumət işində çalışan məmurları gətiriblər. Şərqi Azərbaycan Təhsil Şöbəsi isə Valiliyin göstərişi əsasında şagird və müəllimləri məcburi olaraq Təxti stadiona göndərib.

 

Bütün bunlara baxmayaraq dövlət orqanlarının önləyici tədbirləri bir o qədər də nəticə verməyib. Əhali məcburi olaraq stadiona gətirilsə də, amma onların səsləndirdiyi şüarlara nəzarət etmək mümkün olmayıb.

 

 

Aşağıdakı Videoda göründüyü kimi, stadiona gətirilən təbrizli şagirdlər Həsən Ruhaninin portret və plakatlarının qarşısında bozqurd işarəsi tutublar.

 

https://www.youtube.com/watch?time_continue=3&v=AzJeaso312Y

 

Vaxtı ilə bəziləri tərəfindən səsləndirilən “Azərbaycan oyaqdı – İnqilaba dayaqdı” şüarı isə “Azərbaycan oyaqdı – Traxtura dayaqdı” şüarı ilə əvəzlənib. Belə ki, stadionda səsləndirilən “Azərbaycan oyaqdı” şüarına məsulların gözlədiyi cavab deyil, “Traxtura dayaqdı” cavabı verilib. Bildiyiniz kimi, “Traxtur” güney azərbaycanlıların sevimli futbol komandasıdır.

 

https://www.youtube.com/watch?time_continue=9&v=kr-TzQIPBm8

 

Həsən Ruhani tribuna arxasına keçdiyi zaman isə azərbaycanlı gənclər bir neçə milli şüar səsləndiriblər. “Türk dilində mədrəsə - Olmalıdır hər kəsə”, “Yaşasın Azərbaycan”, “Urmu gölü susuzdur – Azərbaycan oyanmasa uduzdu” və “Traxtur, Traxtur” sözləri səsləndirilən şüarlar arasında olub.

 

https://www.youtube.com/watch?time_continue=30&v=9xzC6qYisjM

 

Aşağıdakı video isə İran prezidenti və onun çıxışına çox sayda gəncin etinasızlıq göstərdiyini əks etdirir.

 

https://www.youtube.com/watch?time_continue=8&v=fU1r1LV-FtE

 

Məcburi şəkildə Təxti stadionuna gətirilən şagirdlər rəsmilərin tapşırdığı şüarları səsləndirmək yerinə İran bayrağını ayaq altına atıblar. Bu kimi etirazların Həsən Ruhani tərəfindən verilən vədlərin yerinə yetirilmədiyi ilə bağlı olduğu deyilir.

 

https://www.youtube.com/watch?v=qFT1PaH_WrY

 

https://www.youtube.com/watch?time_continue=5&v=Tc1FuIThkxk

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN