Həsən Ruhaninin Qərbi Azərbaycana səfəri zamanı Ərdəbildə divarlara milli şüarlar yazılıb – GÖRÜNTÜ

Həsən Ruhaninin Qərbi Azərbaycana səfəri zamanı Ərdəbildə divarlara milli şüarlar yazılıb – GÖRÜNTÜ

GünAz TV: İran prezidenti Həsən Ruhaninin noyabrın 19-da QərbiAzərbaycanın Xoy şəhərinə səfəri ərəfəsində Ərdəbil şəhərində divarlara milli şüarlar yazılıb.

 

Ərdəbilli fəallar bununla rejimin Qərbi Azərbaycanda tətbiq etdiyi ayrı-seçkilik və irqçi siyasətinə etiraz bildirib, Qərbi Azərbaycan Əyaləti, o cümlədən əyalətin mərkəzi şəhəri olan Urmiyəyə dəstək nümayiş etdiriblər.

 

Aşağıdakı şəkillərdə göründüyü kimi, divarlara “Sən çağırsan gələrəm mən Urmiyə”, “Azərbaycan bir kəlam, Urmiyədir vəssalam”, “Azərbaycan oyaqdı, Urmiyəyə dayaqdı” və s. kimi şüarlar yazılıb.

 

Qərbi Azərbaycana səfərini Xoy şəhərindən başlayan Həsən Ruhani noyabrın 19-da Çəmran stadionunda çıxış edib. Prezidentin çıxışı zamanı ona etiraz olaraq müxtəlif şüarlar səsləndirilib. Stadiondakı bəzi soydaşlarımız isə Həsən Ruhaniyə qırmızı kart göstəriblər.

 

 

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN