Həsən Ruhaninin qondarma “Urmiyə Əyaləti” sözünü işlətməsi və ona olan etirazlar... - VİDEO

Həsən Ruhaninin qondarma “Urmiyə Əyaləti” sözünü işlətməsi və ona olan etirazlar... - VİDEO

GünAz TV: İran prezidenti Həsən Ruhani kürd terror qruplaşmalarının işlətdiyi qondarma “Urmiyə Əyaləti” ifadəsindən istifadə edib.

 

O bunu noyabrın 19-da Qərbi Azərbaycana səfəri zamanı öz çıxışında deyib.

 

Prezidentin yerli əhali və məsulların qarşısında belə bir ifadəni işlətməsi olduqca düşündürücüdür. Şübhəsiz ki, vaxtaşırı etirazlara səbəb olan qondarma “Urmiyə Əyaləti” ifadəsinin ölkə prezidenti tərəfindən istifadə olunması təsadüfi deyil, bu Qərbi Azərbaycana qarşı gizli planın olduğundan xəbər verir.

 

Qərbi Azərbaycan Əyalətinin adı ilk dəfədir ki, prezident səviyyəsində olan bir hökumət rəsmisi tərəfindən açıq-aşkar təhrif edilib.

 

Prezidentin Azərbaycana qarşı yol verdiyi təhrif bir neçə telekanaldan canlı olaraq yayımlanıb.

 

Bu məsələ kürd terror qruplaşmaları və onların tərəfdarlarını sevindirib, qruplaşmalara yaxın kütləvi informasiya vasitələri prezidentin çıxışını geniş şəkildə işıqlandırıblar.

 

Şübhəsiz ki, Azərbaycan torpaqlarına göz tikən məlum qüvvələri sevindirən məsələ azərbaycanlılar tərəfindən etirazla qarşılanıb. Artıq iki gündür ki, azərbaycanlı internet istifadəçiləri doğma vətənlərinə qarşı yol verilən təhrifə etiraz edərək sosial şəbəkələrdə müstəlif postlar paylaşıb və Həsən Ruhaninin Azərbaycana qarşı qərəzli çıxışını şiddətlə qınayıblar.

 

Bu günə qədər heç bir azərbaycanlı millət vəkili, o cümlədən Urmiyənin millət vəkilləri bu məsələyə münasibət bildirməyib.

 

Qərbi Azərbaycan Əyalətinin adı bundan əvvəl bəzi rəsmi orqanlar, o cümlədən Ettelaat Nazirliyi və İslam İnqilabı Keşikçilər Korpusu (“Sepah”) tərəfindən təhrif edilərək bir neçə dəfə “Urmiyə Əyaləti” adlandırılıb.

 

Kürd terror qruplaşmaları Güney Azərbaycanın Türkiyə ilə sərhəddə yerləşən Qərbi Azərbaycan Əyalətinə göz tikdiyini gizlətmir. Həmin qruplar nə qədər gülünc olsa da  bu ərazini ələ keçirmək üçün açıq və gizli planlar, o cümlədən terror aktları həyata keçirir, kütləvi informasiya vasitələrində “Azərbaycan” sözündən istifadə etmirlər. Həsən Ruhaninin əyaləti “Qərbi Azərbaycan” adlandırmaması həmin düşüncəyə xidmət edir.

 

Video:

https://www.youtube.com/watch?time_continue=7&v=nh6g4xfN4DU

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN