Həyat yoldaşı Evin zindanında saxlanılan Cəfər Rüstəmiradın görüşünə getmək üçün icazə istəyib

Həyat yoldaşı Evin zindanında saxlanılan Cəfər Rüstəmiradın görüşünə getmək üçün icazə istəyib

GünAz TV: Tehranın Evin zindanında saxlanılan azərbaycanlı milli-mədəni fəal Cəfər Rüstəmiradın həyat yoldaşı Ziba Pilevəri zindanın təhlükəsizlik məsələləri üzrə sorğulama mərkəzinin 7-ci şöbəsinin müstəntiqinə məktub yazaraq yoldaşı ilə görüşmək üçün icazə tələb edib.

 

Z.Pilevəri iyulun 10-da “Görüş vaxtı üçün müraciət” mövzusunda Evin zindanının təhlükəsizlik məsələləri üzrə sorğulama mərkəzinə məktub ünvanlayıb.

 

Xanım Pilevəri həkimlərin yoldaşına ürək infarktı təhlükəsi ilə bağlı xəbərdarlıq etdiklərinə işarə edərək C.Rüstəmiradın səhhəti ilə bağlı nigaranlıq hissi keçirdiyini bildirib.

 

Fəalın həyat yoldaşı həmçinin hamilə olduğunu diqqətə çatdlraraq bildirib ki, stress və nigaranlıq hissi keçirməsi körpəsinin həyatını təhlükə ilə üz-üzə qoyur.

 

Cəfər rüstəmirad Azərbaycan Mili Hərəkatının tanınmış fəallarından biridir. O iyulun 2-də mülki geyimli şəxslər tərəfindən öz evində yaxalanıb.

 

Ürək xəstəliyindən əziyyət çəkən fəal hazırda Tehranın Evin zindanında saxlanılır.

 

C.Rüstəmirad Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə Təbriz, Əhər, Meşginşəhr (Xiyav), Ərdəbil və Astaranın təhlükəsizlik qüvvələri tərəfindən dəfələrlə saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.

 

İyulun 5-i və 6-da keçirilən ənənəvi Babək qalası yürüşü ərəfəsində İranın təhlükəsizlik qüvvələri müxtəlif şəhərlərdə ev və iş yerlərinə hücum çəkərək təxminən 80 fəalı saxlayıb, onların əksəriyyəti işgəncə edilib. C.Rüstəmirad yeni həblər dalğasında saxlanılan fəallar arasında olub.

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN