“Heyran gədiyi”ni Gilan ərazisi kimi göstərilir / Rəşt millət vəkilinin İnstaqram səhifəsi azərbaycanlıların etiraz komenti ilə üzləşib - GÖRÜNTÜ

2018-04-03 12:47

GünAz TV: Ərdəbil Əyalətində yerləşən “Heyran gədiyi”nin Gilan Əyalətinə ilhaq edilməsi ilə əlaqədar cəhdlər və buna qarşı azərbaycanlıların etirazı, həmçinin vaxtı ilə Azərbaycandan qoparılan Astaranın Ərdəbil əyalətinə yenidən birləşdirilməsi ilə bağlı tələblər davam edir.

 

Son günlərdə “Heyran gədiyi” ilə bağlı baş verən hadisələr günü-gündən genişlənir. Artıq İranın rəsmi xəbər agentliyi (İrna) Azərbaycanın əleyhinə mövqe sərgiləyərək “Heyran gədiyi”ni “Astara gədiyi” adı ilə təqdim edir. Rəsmi agentliyin bunu dövlət orqanlarının xüsusi tapşırığı ilə həyata keçirdiyi kimsədə şübhə doğurmur.

 

“İrna” xəbər agentliyi qeyd olunan ərazini Gilan Əyalətinin ərazisi  kimi göstərmək məqsədi ilə  “Astara heyranı” başlıqlı  xəbəri manşetdə dərc edir.

 

Bu istiqamətdə dəfələrlə “Heyran gədiyi”nin Gilan Əyalətinə mənsub olduğunu qeyd edən Astara Şəhər İcra Hakimiyyətinin  yerli olmayan başçısı isə bu dəfə Nəmin tunelinin başlanğıcına gedərək orada xatirə şəkili çəkdirib. “Gilan Əyaləti Yol Polisi İdarəsinin inzibati ərazisi” lövhəsi yanında görünən Yunis Rənckeş bununla bildirmək istəyib ki, “Heyran gədiyi” və Nəmin tunelindən Astaraya tərəf olan ərazilər Gilan Əyalətinə aiddir.

 

 

Y.Rənckeş İnstaqram səhifəsində yaydığı görüntü və yazılarında səfəri haqda məlumat paylaşıb. Onun sözlərinə görə, səfərdən məqsəd “Gilan heyranı”na baxış keçirmək olub.

 

İcra Hakimiyyəti başçısı Nəmin tunelinin başlanğıcında etdiyi çıxışında “Heyran gədiyi”ni Gilan Əyalətinin inzibati ərazisi olduğunu iddia edib.

 

Bu arada Rəştin millət vəkili Qulaməli Cəfərzadə Astaranın Ərdəbil Əyalətinə birləşdirilməsini tələb edənlərə qarşı çıxışına və Urmiyənin millət vəkili Nadir qazipurun ünvanına səsləndirdiyi təhqiramiz ifadəyə görə, azərbaycanlı sosial şəbəkə istifadəçilərinin kütləvi etirazı ilə üzləşib. Soydaşlarımız millət vəkilinin İnstaqram səhifəsində etiraz komentləri yazır, ondan Azərbaycan türk milləti və N.Qazipurdan üzr istəməsini tələb edirlər.

 

 

Əksəriyyəti türk dilində yazılan komentlərdə Azərbaycanın mənafeyinə qarşı olan planlar və onun parçalanması uğrundakı səylərinin dayandırılması tələb olunur. Etirazçılar  hashtag-larını da onun səhifəsində əks etdiriblər.

 

Etirazlara qoşulanlar arasında çox sayda astaralı soydaşlarımız da var.

 

Vaxtı ilə Ərdəbil məntəqəsi və Şərqi Azərbaycan Əyalətində yerləşən Astaranın Azərbaycandan ayırıb Gilan Əyalətinə ilhaq edilməsi yetməmiş kimi, indi də “Heyran gədiyi”nə eyni taleyi yaşatmaq istəyirlər. Ötən günlərdə bu zəmində Gilan rəhbərliyi tərəfindən müəyyən addımlar atılıb və təhrikedici açıqlamalar verilib. Onların bu hərəkəti Güney Azərbaycanlılar, xüsusi ilə də gənclərin kəskin etirazı ilə qarşılanıb.

 

İranın "Heyran gədiyi" haqda yaydığı xəbərlər belədir:

 

 

 

 

 

N.S

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

GünazTV Sep.26.2020 : “Ermənistanın PKK və kürd terrorcularını Dağlıq Qarabağa yerləsdirməsi Amerika mətbuatında”

2020-09-26

gun az article

Güney Azərbaycanın Zəncan, Qəzvin və Şərqi Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-26

gun az article

Təbrizdə baş verən yol qəzasında 1 nəfər ölüb, 1 nəfər də yaralanıb

2020-09-26

gun az article

Əbhərin Köynək kəndinin türk adı təhrif edilərək fars sözü ilə dəyişdirilib

2020-09-26

gun az article

Təbriz futbolunun atası Böyük Səbbağ vəfat edib

2020-09-26

gun az article

Güney Azərbaycanlı milli fəallar İbrahim Cəfərzadə və xanımı Mina Kəhrubayinin ölümünün 9-cu ildönümüdür

2020-09-26

gun az article

GünazTV Sep.25.2020-QADINCA: Mina Kəhrubayi və İbrahim Cəfərzadənin xatirəsinə, İran'da "hicab"zorunluğu sorunu

2020-09-26

gun az article

GünazTV Sep.25.2020: Azadlıq səsi: Azərbaycanda hərbi səfərbərlik xidmətinə çağrış

2020-09-26

gun az article

GünazTV Sep.25.2020 : “Ermənistana artmaqda olan silah təchizatından rəsmi Bakı ciddi narahatdır.”

2020-09-25

gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-25

gun az article

Azərbaycanda sərmayə yatırmaq istəyən sahibkar müflis edilib + VİDEO

2020-09-25

gun az article

Qaradağın yeraltı sərvətlərinin talanması davam edir + VİDEO

2020-09-25

gun az article

Güney azərbaycanlı milli fəal Səhənd Məali yenidən həbsxanaya qayıdıb

2020-09-25

gun az article

GünazTV Sep.24.2020-Sözümüz: Ustad Şəhriyar

2020-09-25

gun az article

GünazTV Sep.17.2020- Düşünməyə Çağırı: Məktəblərin Açılışı və Anadilimiz(1/2)-Qarabağda Savaş Başlarsa Nə Etməliyik?(2/2)

2020-09-25

gun az article

GünazTV Sep.24.2020 : “İran Prezidentinin “bəraət” cıxışı”

2020-09-24

gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-24

gun az article

Milli fəal Qulam Quluzadə azadlığa buraxılıb

2020-09-24

gun az article

Azərbaycanlı milli fəal Abdulla Səduqi saxlanılıb

2020-09-24

gun az article

İranın ən böyük avtomobilqayırma zavodunun xəritəsində terror qruplaşmalarının Azərbaycana qarşı mövqeyinə yer verilib

2020-09-24