Hökumət koronavirusdan ölənlərin cəsədini gizli şəkildə yaşayış evlərinə yaxın yerlərdə dəfn edir – Güney Azərbaycanda

Hökumət koronavirusdan ölənlərin cəsədini gizli şəkildə yaşayış evlərinə yaxın yerlərdə dəfn edir – Güney Azərbaycanda

GünAz TV: İran Səhiyyə Nazirliyinin məmurları sanitariya-epidemioloji tələblərə dair qaydalara riayət etmədən koronavirusdan ölənləri gizli şəkildə yaşayış evlərinə yaxın yerlərdə dəfn edir.

 

Belə faktlara Güney Azərbaycanın bir neçə məntəqəsi, o cümlədən Qoşaçay və Ələmdar-Gərgərdə rast gəlinib.

 

Məlumata görə, ötən günlərdə kənd əhalisinə yaranacaq təhlükəyə baxmadan Qoşaçayın “Qırmızı Xəlifə Kəndi”nin qəbiristanlığında koronavirusdan ölən bir xəstənin cəsədi dəfn olunub. Qəbiristanlıq kəndin 40 metrliyində yerləşir.

 

 

Culfa bölgəsində Ələmdar-Gərgər şəhərinin şimal tərəfindən yerləşən qəbiristanlıqda da bir cəsədi dəfn etmək istəyiblər, lakin yerli əhali səhiyyə işçiləri və təhlükəsizlik qüvvələrinə müqavimət göstərərək cənazənin bu məkanda, xüsusi ilə də səhiyyə tədbirləri görülmədən dəfn olunmasına icazə verməyiblər.

Hadisə çərşənbə axşamı günü martın 17-də baş verib.

 

 

Məlumata görə, şəhər əhalisi cənazəni gətirən ambulansı, təhlükəsizlik qüvvələri, eləcə də səhiyyə işçilərini qəbiristanlıqda görüncə hadisə yerinə gedib, bu işə kəskin etiraz bildiriblər. Aralarında güney azərbaycanlı milli fəallar da olan etirazçılar koronavirusdan ölən xəstənin cənazəsinin adi məzarların arasında dəfn olunmasına icazə verməyib. Culfa Şəhər Polis İdarəsinin rəisi etirazçılara qarşı güc tətbiq etmək istəsə də bu mümkün olmayıb. Bundan sonra cəsəd xəstəxananın morquna geri qaytarılıb.

 

Əhali koronavirusdan ölənlərin cəsədini sanitariya-epidemioloji tələblərə dair qaydalara riayət edərək xüsusi yerdə dəfn olunmasını tələb edib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN