Hökumət rəsmiləri beynəlxalq voleybol yarışlarında milli şüarların səsləndirilməsinə mane olmağa çalışır – Urmiyədə

2019-06-14 07:55

GünAz TV:  Hökumət rəsmiləri Urmiyədə keçirilən dünya millətləri voleybol liqası yarışlarında azərbaycanlıların milli şüarlar səsləndirməsinə mane olmağa çalışır.

 

Kanada, Polşa (Ləhistan), Rusiya və İran komandalarının iştirakı ilə keçirilən yarışlar Urmiyənin 6 min nəfərlik “Durnalar yuvası” stadionunda iyunun 14-dən 16-dək davam edəcək.

 

Yenə də Qərbi Azərbaycana sırınmış yerli olmayan kürddili vali Məhəmməd Mehdi Şəhriyari öz əlaltıları birlikdə azərbaycanlıların milli şüarlar səsləndirməsinə mane olmağa çalışır.

 

Bu barədə Qərbi Azərbaycan Gənclər və idman İdarəsinin Səqqiz şəhərindən olan kürddili rəisi Abdulla Çəməngülü xəbərdarlıq da edib. O bildirib ki, stadionda İran bayrağından başqa heç bir bayraq qaldırılmayacaq, federasiyanın nəzarəti ilə səsləndirilən şüarlar isə bir mənalı olaraq İran komandasını təşviq etməyə yönələcək.

 

Bundan əlavə, ötən günlərdə yarışlara tamaşaçı qismində qatılacaq türk gənclərin sayını azaltmaq məqsədi ilə internetdə bilet satışında problem yaradıldı. Azərbaycanlı gənclər bilet tapa bilmədikləri bir halda Abdulla Çəməngülü Urmiyə idarələrinə məktub göndərərək onları yarışları izləmək üçün stadiona dəvət edib.

 

Bu arada Urmiyənin İran parlamentindəki millət vəkili Ruhulla Həzrətpur “Yaşasın Azərbaycan” şüarının səsləndirilməsinin qarşısını almaq istəyənlərə öz etirazını bildirib. “Bəzilərini belə bir təşəbbüs irəli sürməsi təəccüblüdür. “Yaşasın Azərbaycan” bu bölgədə çox köklü və tarixi bir şüardır. Onun Azərbaycandan başqa heç bir qrupla əlaqəsi yoxdur. İnşallah cümə, şənbə və bazar günü “Durnalar yuvası”nda “Yaşasın Azərbaycan” şüarı səsləndirəcəyik.”- deyə o vurğulayıb.

 

Bir çox azərbaycanlı milli fəal da bu məsələyə kəskin reaksiya verib. Milli şüarların səsləndiriləcəyinə təkid edən fəallar yerli olmayan anti-türk məsulların ssenarisini pozmaq üçün aşağıdakı şüarların dilə gətirilməsini təklif ediblər:

-        Yaşasın Azərbaycan

-        Azərbaycan var olsun – istəməyən kor olsun

-        Nə mutlu türküm deyənə

-        Azərbaycan bir kəlam – Şəhriyari getsin vəssalam

-        Dağlar başı dumandı – Bura Azərbaycandır

-        Azərbaycan var olsun – Lisani azad olsun

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Təbrizdə baş verən zəncirvarı yol qəzasında 2 nəfər ölüb

2020-08-03

gun az article

Güney Azərbaycanda daha 1 tibb işçisi koronavirusdan ölüb

2020-08-03

gun az article

Azərbaycana dəstək aksiyası zamanı tutulan Həkimə Əhmədi “Sepah”ın Kəşfiyyat İdarəsində saxlanılır

2020-08-03

gun az article

Azərbaycana dəstək aksiyası zamanı saxlanılan Məqsud Fəzli Çimənzəmin sərbəst buraxılıb

2020-08-02

gun az article

Güney azərbaycanlı fəal Davud Şiri həbs cəzasına məhkum edilib

2020-08-02

gun az article

Qızıl şəhəri Tikantəpənin əhalisi yoxsulluq içində yaşayır

2020-08-02

gun az article

Ərdəbildə daha 44 nəfərdə koronavirus infeksiyası aşkarlanıb

2020-08-02

gun az article

“Ölüm şosesi” güney azərbaycanlı milli fəalın canını aldı

2020-08-02

gun az article

Urmiya gölündə su səviyyəsinin düşməsi davam edir

2020-08-02

gun az article

Güney azərbaycanlı milli fəal Əkbər Mühaciri həbs cəzasına məhkum edilib

2020-08-02

gun az article

GünazTV Aug.01.2020: “Güney Azərbaycana ədalət!-Azərbaycanlılar Vaşinqtonda Iran rejiminin siyasi həbslərinə etiraz etdilər”

2020-08-01

gun az article

Həmədan əyalətində koronavirusdan ölənlərin sayı 369 nəfərə çatıb

2020-08-01

gun az article

Məhbus azərbaycanlı fəal Tohid Əmir Əmini ikinci dəfə olaraq ad gününü həbsxanada qeyd edib

2020-08-01

gun az article

İranın təhlükəsizlik qüvvələri söküb aparıqları mərhum azərbaycanlı fəalın məzar daşını əvvəlki yerinə qaytarıblar

2020-08-01

gun az article

Təbrizdə “Sepah” kazarmasında baş verən partlayışla bağlı ziddiyyətli xəbərlər yayılır

2020-08-01

gun az article

Qərbi Azərbaycanda əmtəə qaçaqmalçıları ilə baş verən silahlı qarşıdurmada 2 İran sərhədçisi həlak olub

2020-08-01

gun az article

GünazTV Juluy.31.2020: Azadlıq səsi: Azərbaycançılıq və milli birlik düşüncəsi

2020-08-01

gun az article

GünazTV July.31.2020-QADINCA:Türk mifologiyasında qadın

2020-07-31

gun az article

Yaxın gələcəkdə Güney Azərbaycanda neft yataqlarının axtarışına başlanılacaq

2020-07-31

gun az article

GünazTV July.30.2020-Sözümüz: Biz və Sanal Dünya

2020-07-31