Hökumət rəsmiləri və bir neçə axund Mis Mədənindəki vəziyyətə etiraz edən süngünlü qadınlar tərəfindən döyülüb – Təbrizdə / GÖRÜNTÜ

Hökumət rəsmiləri və bir neçə axund Mis Mədənindəki vəziyyətə etiraz edən süngünlü qadınlar tərəfindən döyülüb – Təbrizdə / GÖRÜNTÜ

GünAz TV: Süngün Mis Mədənini çalışdıran şirkətin bölgənin sərvətini talamaya davam etməsi növbəti dəfə etiraza səbəb olub. Bu dəfə yerli azərbaycanlı qadınlar bir neçə axund və hökumət rəsmisini döyərək şirkətin Süngün əhalisinin hüquqlarını tanımamasına etiraz bildiriblər.

 

Məlumata görə, Vərziğan Süngün Mis Mədəni Kompleksinin rəhbərliyi mənimsədiyi vəsaitin hesabına Təbrizin Rizvanşəhr məhəlləsində bir məscid tikmək istəyib. Həmin məscidin təməlqoyma mərasimində gözlənilən hadisə baş verib. Süngün sakinlərindən ibarət bir qrup azərbaycanlı qadın şirəkətin yerli əhaliyə qarşı etdiyi zülmlərə etiraz olaraq təməlqoyma mərasimində iştirak edən bir neçə axund və hökumət rəsmisini döyərək ərazidən uzaqlaşdırıblar.

 

Azərbaycanlı qadınların etirazı “Süngün Əhalisinin Saminul Əimmə Məscidi”nin təməlqoyma mərasiminin yarımçıq qalmasına səbəb olub. Hətta məscidin təməlini qoymaq istəyən məsulların istifadə etdiyi külüng olduğu yerdə qalıb.

 

Etirazçılar bildirib ki, Mis Mədənini çalışdıran şirkət təxminən 30 ildir ki, onların haqqını tanımır. Süngün əhalisi işsiz və yoxsul vəziyyətdədir, onların bir çoxunun evi yoxdur. Mənimsənilən vəsaitlə bu məscid necə tikilə bilər?! Bu hansı məntiqə sığır?!

 

Azərbaycanlı qadınlar bildirib ki, Vərziğan Süngün Mis Mədəni Kompleksi, Süngün kəndi qəbiristanlığının başqa yerə köçürülməsi ilə bağlı öhdəliyini hələ də yerinə yetirməyib.

 

Yarımçıq qalan təməlqoyma mərasimində Xeyriyyə İşləri və Vəqflər İdarəsinin rəisi, Süngün Mis Mədəni Komplkesinin müdiri, Təbriz prokurorunun müavini, Vərziğanın İran parlamentindəki millət vəkili, Vərziğan Şəhər İcra Hakimiyyətinin başçısı, Təbriz 10-cu məhəllənin bələdiyə başçısı, Polis İdarəsinin rəhbərliyi və daha bir neçə hökumət rəsmisi iştirak edib.

 

Vərziğan məntəqəsində yerləşən Süngün Mis Mədəni Yaxın Şərqin ən böyük mis mədənidir. Bu mədəni çalışdıran şirkətin bank hesabları Kirman və Tehran şəhərlərində yerləşir. Mədəndən əldə olunan gəlir isə yerli olmayan şirkət və fiziki şəxslərə nəsib olur. Bu məsələ uzun illərdir yerli əhali və bəzi məsulların etirazına səbəb olmaqdadır.

Ötən il bir sıra azərbaycanlı millət vəkilləri ilə birlikdə Vərziğanın imam cüməsi cənab Məhdəvi və Təbrizin imam cüməsi Al-i Haşim sözügedən mədəndən əldə olunan gəlirin yerli əhaliyə nəsib olmamasından şikayətlənərək şirkətin bank hesabının Şərqi Azərbaycana intiqal edilməsini tələb etmişdilər.

 

 

 

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN