Huşəng Cəfəri ermənilərin Tehranda türklərin əleyhinə gözlənilən icazəli yığıncağın ləğv edilməsini istəyib

Huşəng Cəfəri ermənilərin Tehranda türklərin əleyhinə gözlənilən icazəli yığıncağın ləğv edilməsini istəyib

GünAz TV: Azərbaycanlı milli-mədəni fəallar radikal ermənilərin qondarma “erməni soyqırımı” bəhanəsi ilə aprelin 24-də Türkiyə səfirliyi qarşısında planlaşdırılan icazəli yığıncağının ləğv edilməsini tələb edir.

 

Bu məqsədlə tanınmış azərbaycanlı şair Huşəng Cəfəri bir video yayaraq Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Həmədan, Əlborz və Zəncan valiləri, həmçinin türk məntəqələrinin digər məsullarına müraciət ünvanlayıb. “Məsullar ölkənin daxili işlər nazirinə müraciət edərək ermənilərin gözlənilən icazəli yığıncağının ləğv edilməsini tələb etməlidir. Ona görə ki, yığıncaqda türklər və ya Qarabağ haqda şüar səsləndirilə bilər. Belə olan halda cəsarətli türk əhalisi buna kəskin cavab verəcək və bu məsələ böhran içində başqa bir böhran yaradacaq. Xatırlayırıq ki, Xocalı faciəsinin ildönümündə Ermənistanın baş naziri Tehrana səfər etdi, onun iştirak etdiyi tədbirdə “Qarabağ ermənilərindir” sözü dilə gətirildi. Bu məsələ ölkədə böyük bir böhrana yol açdı. Ona görə də hesab edirəm ki, daxili işlər naziri sözügedən yığıncağın icazəsini ləğv etməlidir”- deyə o sözlərinin bir hissəsində qeyd edib.

 

https://www.youtube.com/watch?time_continue=61&v=uR7Rkd8V_fA

 

 

Türkiyənin Tehrandakı səfirliyi qarşısında radikal ermənilərin gözlənilən yığıncağının qarşısını almaq məqsədi ilə soydaşlarımız imzatoplama kampaniyasına başlayıb. Yığıncağın ləğv edilməsini tələb edən kampaniyaya minlərlə azərbayc anlı, o cümlədən bir neçə yerli məsul qoşulub. Mövzu ilə bağlı ətraflı məlumat almaq üçün aşağıdakı xəbəri izləyə bilərsiniz:

Yerli məsullar Tehranda Türkiyəyə qarşı ermənilərin icazəli yığıncağının ləğv olunmasını tələb edən kampaniyaya qoşulur

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN