İdman kompleksində istifadəyə verilmədən yenidənqurma işlərinə ehtiyac yaranıb – Urmiyədə

İdman kompleksində istifadəyə verilmədən yenidənqurma işlərinə ehtiyac yaranıb – Urmiyədə

GünAz TV: 14 il əvvəl təməlqoyma mərasimi keçirilən Urmiyənin Bakiri İdman Kompleksində işlər yarımçıq buraxılıb.

 

“Fars” xəbər agentliyinin yaydığı məlumata görə, 15 min nəfərlik idman kompleksində uzun illərdir işlər dayandırılıb, artıq görülən işlər də bir növ təxrib olunub, ona görə də kompleksdə yenidən təmir işlərinə ehtiyac yaranıb.

 

Dövrün Gənclər və İdman naziri 2008-ci ildə sözügedən idman kompleksinin ən uzağı 2011-ci ildə istifadəyə veriləcəyini vəd etmişdir.

 

Yayılan məlumata görə, Bakiri stadionu bu vəziyyətdə hətta istifadəyə verilsə də, açılışdan qısa müddət sonra yenidənqurma işlərinə ehtiyac olacaq. Bildirilir ki, “İdam Kompleksində infrastruktur problemi var, bu problemlərdən dolayı onun öt örtüyündə dalğalar əmələ gəlib. Oturacaq yerləri isə oturacaqlar quraşdırılmadan paslanıb və s.”

 

Güney Azərbaycanın Urmiyə şəhəri ölkənin böyük şəhərlərindən biri olduğu halda münasib bir idman kompleksindən məhrumdur, bu barədə verilən vədlər isə uzun illərdir nəticə vermir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN