İki həftə əvvəl həbs edilən azərbaycanlı öyrənci Pərisa Rifiinin təkadamlıq kamerada saxlanıldığı bildirilir

2018-03-11 17:32

GünAzTV: İki həftə əvvəl Tehran Universitetinin qarşısında polis əməkdaşları tərəfindən həbs edilərək Evin zindanına aparılan azərbaycanlı öyrənci, Pərisa Rəfiinin təkadamlıq kamerada saxlanılması barədə məlumat yayılıb.

 

Bildirilir ki, həbsindən 15 gün keçməsinə baxmayaraq, zəncanlı öyrəncinin durumu naməlum olaraq qalır. Yayılan məlumata əsasən, azərbaycanlı öyrənciyə qarşı bir həftə əvvəl (martın 4-də)  müxtəlif ittihamlar irəli sürülərək barəsində müvəqqəti həbs qərarı çıxarılsa da, həmin ittihamlar ailəsinə açıqlanmır. Pərisanın valideynlərinin hüquq müdafiəçilərinə bildirdiyinə görə, o, tutulduğu gündən Tehranın Evin zindanının təkadamlıq kamerasında (infiradidə) saxlanılır. Onun saxlandığı həmin müddətdə, cürbəcür təzyiq və təhdidlərə məruz qaldığı qeyd olunur.

 

İran parlamentinin deputatı Fatimə Səidi, martın 10-da özünün şəxsi “Twitter” səhifəsində paylaşdığı bir yazısında, zəncanlı öyrəncinin durumu ilə maraqlandığını açıqlayıb. O deyib ki, Pərisa Rəfiinin valideynləri ilə əlaqə saxlayıb: “Dünən, Pərisanın valideynləri ilə görüşüb danışdım. Atasının sözlərini eşidəndən sonra onun durumu ilə maraqlandım və aidiyyətli qurumlarla əlaqə saxladım. Nəticədə, Pərisa ötən gecə ailəsi ilə telefonla danışa bildi. Ümid edirəm ki, Məhkəmə Sistemi rəsmiləri elə bir tədbir görsünlər ki, bu qız, bayram gecəsi öz evlərində, valideynlərinin yanında olsun”.

 

                                       İran parlamentinin deputatı Fatimə Səidi

 

Qeyd edək ki, Tehran Universitetinin “İncəsənət fakültəsi”nin fotoqrafiya ixtisası üzrə öyrəncisi Pərisa Rəfii, fevralın 25-də tutulub. Həbsindən əvvəl, Pərisanın universitetdə qanun çərçivəsində bir sıra mədəni fəaliyətlə məşğul olduğu bildirilir.

 

Son aylar, İranda qadın hüquq müdafiəçilərinə, o cümlədən də rejimin məcburi hicab siyasətinə qarşı mübarizə aparan qadınlara və tələbə qızlara qarşı təzyiqlər gücləndirilib.

 

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Post | Gunaz article social
فرید سرهنگی

2020-05-28

صفویان که بیشتر از ترک بودنشان به شیعه بودنشان می بالیدند برای این که در مقابل امپراطوری عثمانی قد علم کنند به مرثیه سرایی به سبک شاعران شعوبیه فارس ها مانند فردوسی پرداختند واز همین رو پان ایرانیسم(پان فارسیسم)در ایران خراب شده به وجود آمد. قابل توجه جناب احمد اوبالی که از صفویان ترک هایی قهرمان ساخته!

Şərh Yaz
gun az article

“Liqvan” pendirinə qarşı aparılan təbliğatdan sonra Güney Azərbaycanda “Mihən” məhsulları boykot edilib

2020-06-06

gun az article

Zəncan əyalətində baş verən iki yol qəzasında 4 nəfər ölüb, 2 nəfər yaralanıb

2020-06-06

gun az article

Ərdəbil əyalətində 45 yeni koronavirusa yoluxma halı aşkar edilib

2020-06-06

gun az article

GünazTV June .04.2020- Düşünməyə Çağrı: Türk Dünyası və Erməni Sorunu

2020-06-04

gun az article

GünazTV June.04.2020-Sözümüz: Azərbaycan Dirəniş Ədəbiyyatı

2020-06-04

gun az article

GünazTV June.05.2020: Azadlıq səsi: İranda irqçilik və inkar siyasəti

2020-06-05

gun az article

GünazTV June.05.2020-QADINCA: "İranda namus qətlləri"

2020-06-05

gun az article

Qərbi Azərbaycanda koronavirusa yoluxanların sayında daha bir rekord artım

2020-06-05

gun az article

İran televiziyasından növbəti anti-Azərbaycan addım: tanınmış pendir brendinə qarşı təxribat + VİDEO

2020-06-05

gun az article

Ərdəbilli sənətçilərin  İranda olan repressiyaya qarşı performans əsəri  – VİDEO

2020-06-05

gun az article

Azərbaycanlı rejissor iranlıların irqçi yanaşmasını tənqid edib

2020-06-05

gun az article

Urmiya gölünün son vəziyyəti + VİDEO

2020-06-04

gun az article

Qərbi Azərbaycanda koronavirusa yoluxma halları sürətlə artır

2020-06-04

gun az article

“Urmiyə 90” komandası İran çempionatının I dəstəsi yarışlarından geri çəkilməyə məcbur olub

2020-06-04

gun az article

İmam cümə Qərbi Azərbaycan əyalətinin kürd valisinin idarəçiliyini tənqid edib

2020-06-04

gun az article

Tarixi “Rəbi-Rəşidi” şəhərciyinin ərazisində yanğın baş verib + Video

2020-06-04

gun az article

GünazTV June.03.2020: Kürd təşkilatları Azərbaycan topraqlarına göz dikib, ABŞ-dakı etirazlar və İranda aban etirazlarına baxış.

2020-06-03

gun az article

Marağada məktəb binalarının 40 faizi bərbad vəziyyətdədir

2020-06-03

gun az article

Əhərdə ailəvi qonaqlıqda iştirak edən 9 nəfər koronavirusa yoluxub

2020-06-03

gun az article

Qərbi Azərbaycan əyalətində koronavirusa yoluxanların sayı 6000-i ötüb

2020-06-03