İki məşhur amerikalı “Traxtur” tərəfdarının ağır həbs cəzasına məhkum edilməsini pisləyib

İki məşhur amerikalı “Traxtur” tərəfdarının ağır həbs cəzasına məhkum edilməsini pisləyib

GünAz TV: Məşhur amerikalı alim xanım Brenda Shaffer və Demokratiya Müdafiəsi Fondunun müdiri Mark Dubowitz Güney Azərbaycanın “Traxtur” komandasının tərəfdarı Kazım Səfabəxşin (Koroğlu) ağır həbs hökmü ilə cəzalandırılmasına etiraz bildiriblər.

 

Universitet müəllimi Dr. Brenda Shaffer Kazım Səfabəxşin görüntüsünü Twitter səhifəsində yayaraq onun barəsində 13 il həbs hökmünün çıxarılmasına etiraz edib.

 

Eyni mövqe ilə çıxış edən Mark Dubowitz isə Brenda Shafferin postunu retweet edərək azərbaycanlı fəal barəsində çıxarılan ədalətsiz qərarı pisləyib.

 

Brenda Shafferin ən məşhur əsərlərindən biri “sərhədlər və qardaşlıq, İran və Azərbaycan kimliyi sorunu” kitabıdır. İllər öncə fars dilinə tərcümə edilən əsərin bütün nüsxələri qısa müddətdə satılıb, kitab oxucuların böyük rəğbətini qazanıb.

 

Güney azərbaycanlı milli-mədəni fəal, Tehran sakini olan “Traxtur” futbol komandası tərəfdarlarının liderlərindən (azarkeşlərə başçılıq edən lider adlanır) biri Kazım Səfabəxş 2018-ci il noyabrın 25-də Tehranda təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq Evin zindanının 209-cu kospusuna aparılıb. O sorğu-suala tutulduqdan sonra həbsxananın xüsusi bölümü olan 4-cü korpusa köçürülüb və hələ də həmin korpusda saxlanılır.

 

“Traxtur” tərəfdarı iyun ayının son günlərində Tehran İnqilab Məhkəməsinin 28-ci şöbəsi tərəfindən 13 il həbs cəzasına məhkum edilib.

Hakim Müqəyyesə fəala qarşı “bölücü qrup yaratmaq və onu idarə etmək”, “ictimaiyyəti təşvişə salmaq” və “sistemin əleyhinə təbliğat aparmaq” kimi qondarma ittihamlar irəli sürüb.

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN