Instagram Təbrizin anti-türk imam-cüməsinin hesabını bağlayıb

Instagram Təbrizin anti-türk imam-cüməsinin hesabını bağlayıb

GünAz TV: "Dini lider" Əli Xamneyinin Şərqi Azərbaycan vilayətindəki nümayəndəsi və imam-cüməsi Məhəmmədəli Al Haşimin Instagram hesabı bloklanıb.

 

Bu barədə İranın rəsmi xəbər agentlikləri məlumat yayıb.

 

Al Haşim 2017-ci ilin iyun ayında Əli Xamneyinin göstərişi ilə "Azərbaycanın fironu" kimi tanınan Müctəhid Şəbüstərini bu vəzifədə əvəz etmişdi. O, Təbrizdə anti-türk mövqeyi ilə tanınan əsas simalardan biri hesab olunur.

 

Instagram həmçinin "Sepah" terror təşkilatına bağlı çoxlu sayda xəbər agentliyinin istifadəçi hesablarını məhdudlaşdırıb.

 

Ötən günlər ərzində Xamneyinin ingilisdilli və "Sepah" komandanlarından bir çoxunun İnstagram hesabları bloklanıb.

 

İranlı rəsmilərin sosial şəbəkələrdəki istifadəçi səhifələrinin bağlanması yeni proses deyil. "Sepah"ın Amerika tərəfindən terror təşkilatı elan edilməsindən sonra bu hərbi birliyin rəsmilərindən çoxunun İnstagram profilləri bloklanmışdı.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN