İnstaqram səhifəsində Türkiyə bayrağını yayan “Traxtur” oyunçusu şovinist siyasi fəallar tərəfindən təhdid edilir

İnstaqram səhifəsində Türkiyə bayrağını yayan “Traxtur” oyunçusu şovinist siyasi fəallar tərəfindən təhdid edilir

GünAz TV: İranda Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi “Barış pınarı” antiterror əməliyyatına münasibət birmənalı deyil.

 

Güney azərbaycanlılar əməliyyata dəstək verdiyi halda, terror qruplaşmarının radikal kürd tərəfdarları və fars şovinistləri, o cümlədən bir çox siyasi fəal Suriyanın şimalındakı terrorçuları dəstəkləyir.

 

Güney Azərbaycan “Traxtur” futbol komandasının oyunçusu Mehdi Bəbri türk əsgərlərinin şəkili ilə birlikdə Türkiyə bayrağını İnstaqram səhifəsində yaydıqdan sonra, o radikal qüvvələrin hücumuna məruz qalıb. Azərbaycan komandasının oyunçusuna Abadan “Sənət-i neft” komandasının kürd kökənli oyunçusu Sirvan Qurbanı də təhqiramiz bir post paylaşaraq cavab verib. Bu səbəbdən Futbol Federasiyasının Əxlaq Komitəsi adını çəkdiyimiz futbolçuları idmana əlaqəsi olmayan post paylaşmaqda günahlandırıb. Əxlaq Komitəsi yaydığı bəyanatda qeyd edib ki, hər iki oyunçunun futbol fəaliyyətinə müvəqqəti olaraq qadağa qoyulur, onlar klub məsulları ilə birlikdə komitəyə müraciət etməlidir.

 

 

Mehdi Bəbri yalnız federasiya və adi sosial şəbəkələr istifadəçiləri tərəfindən təhqir və təhdid olunmur. O həm də sözdə islahgatçı siyasi fəallar tərəfindən hədələnir. Futbolçu çoxsaylı təhdidlərdən dolayı yaydığı postu bir neçə saat sonra səhifəsindən silsə də, siyasi fəalların ona qarşı hədələri səngimək bilmir.

 

“İttihad millət” sözdə islahatçı partiyasının üzvü Məhəmmədrza Tacirniya, Mehdi Bəbrinin paylaşdığı postla bağlı Twitter səhifəsində yazıb:

“Məmləkətin sahibi yoxdur?! “Traxtur”un iranlı oyunçusu Türkiyə bayrağını əsgərlərinin şəkili ilə birlikdə yayır. Bunun bölücülükdən başqa nə mənası var?! Birisi yoxdur onun ağzından vursun?! Nə üçün bu anormal separatçılara bu qədər güzəşt etməliyik?!”- deyə o qeyd edib.

 

İdman və siyasi mətbuat orqanlarında fəaliyyət göstərən məşhur jurnalist Sadiq Hüseyni də bu məsələyə qısaca münasibət bildirib. “Bu işlərə Azərbaycanın millət vəkilləri nə üçün səssiz qalır!”- deyə o qeyd edib.

 

İran rəsmiləri, o cümlədən bir çox deputatın Suriyanın şimalındakı PKK/YPG-PYD terror qruplaşmalarına dəstək verib və Türkiyənin həyata keçirdiyi antiterror əməliyyatını pisləməsi sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb. Güney azərbaycanlılar ölkədə terrorla mübarizəyə ikili münasibət göstərilməsinə etiraz edir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN