İran Atçılıq Federasiyasının rəisi türkmənləri narkoman, üsyankar və yoxsul pijama geyənlər adlandırıb

İran Atçılıq Federasiyasının rəisi türkmənləri narkoman, üsyankar və yoxsul pijama geyənlər adlandırıb

GünAz TV: İran Atçılıq Federasiyasının rəisi Məsud Xəlili türkmənləri narkoman, üsyankar və yoxsul pijama geyənlər adlandırıb. Buna etiraz edən məşhur türkmən futbolçu Sərdar Azmun İranda irqçiliyə son qoyulmasını tələb edib.

 

Bu barədə federasiya rəisinin Səs Faylı yayılıb.

 

“Türkmənlər atçılıq idmanını monapoliyaya alıb, onlar üsyankar olublar. Bu yoxsul və narkoman pijama geyənlərin monapoliyasını çökdürmək üçün xüsusi qrup yaranmalıdır.

Atçılıq bir lüks idman növüdür. Beynəlxalq Atçılıq Federasiyasının rəisi Dubay hakiminin (Şeyx Məhəmməd ibn Rəşid əl-Maktum) həyat yoldaşı, İordaniyanın keçmiş kralı Hüseynin qızıdır. O şahzadələr kimi davranır, lakin İranı təmsil edənlər “bir ovuc yoxsul pijama geyənlər”dən ibarətdir”- deyə o bildirib.

 

İran Atçılıq Federasiyasının rəisi türkmənlərin bir üsyankar əşirəyə çevrildiyini iddia edərək bildirib ki, dünənədək 5 milyon tüməni olmayan bir türkmən atçılıq sahəsində yatırımdan əldə etdiyi qazancı uşaqlarını universitetə göndərməyə deyil, qumarbazlıq və narkomanlığa xərcləyir.

 

Sözügedən Səs Faylı yayıldıqdan sonra ölkənin türkmən əhalisi Atçılıq Federasiyası rəisinin təhqiramiz sözlərinə etiraz edib, onun işindən uzaqlaşdırılmasını tələb ediblər.

 

Məsələyə İranın milli futbol komandasının məşhur oyunçusu Sərdar Azmun da İnstaqram səhifəsində öz etirazını bildirib.

“Bizim xalqımız fars, türk, bəluç və əfqanlarla birlikdə yaşayır. Türkmənlərlə bağlı irqçiliyə dəlalət edən sözləriniz bizi çox üzdü, artıq sizin adınızı belə eşitmək istəmirik. Mən sözün əsl mənasında kütləvi informasiya vasitələrindən narahatam. Necə olur ki, biz hamımız müsəlman bir ölkədə yaşayırık. Müsəlman olduğumuzu da vurğulayırıq, lakin hər gün minlərlə irqçi davranışa şahid oluruq. Belə hərəkətlərə heç bir reaksiya da verilmir”- deyə o sözlərinin bir hissəsində qeyd edib.

 

Gülüstan Əyalətinin şərq bölgəsi əhalisinin İran parlamentindəki millət vəkili Şəhram Qəravi isə Məsud Xəlilini türkmən əhalisindən üzr istəməyə çağırıb. O bildirib ki, Səs Faylını dinlədim, Atçılıq Federasiyası rəisinin sözlərində təhqiramiz ifadələr var. Bu məsələ ilə bağlı səlahiyyətli orqanlara müraciət olunacaq, bu qəbuledilməzdir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN