İran dövlətinin xəbər agentliyi məktəblərdə “farsca yetərlilik” testinin tətbiq olunmasını təsdiqləyib

İran dövlətinin xəbər agentliyi məktəblərdə “farsca yetərlilik” testinin tətbiq olunmasını təsdiqləyib

GünAz TV: Qərbi Azərbaycan və Ərdəbil əyalətlərinin  Təhsil Şöbələri məsullarının təkzib etməsinə baxmayaraq İran dövlətinin xəbər agentliyi “farsca yetərlilik” testinin tətbiq olunması ilə bağlı xəbəri təsdiqləyib.

 

“İrna” bu barədə ““farsca yetərlilik” testi qalmaqalı, dövlətin nailiyyətinə qarşı çıxmayın” başlığı ilə geniş bir mətn yayıb.

 

Yazıda məktəblərdə tətbiq olunan “farsca yetərlilik” testinə etiraz edən valdeyinlərə işarə olunub. Bildirilib ki, Qərbi Azərbaycan əyalətində yerləşən Makı şəhərindən Monir Hüseyni və Şotdan Möhsün Abdullahi məktəblərdə övladlarının üzərində sözügedən testin tətbiq olunmasını bildiriblər.

 

Valdeyinlər övladlarına fars dilində sual verildiyini, onlardan farsca cavab vermələri tələb olunduğunu deyib. Onların verdiyi məlumata görə, uşaqlar bildikləri qədər bəzi sualları cavablandırıb.

Valdeyinlərə bildirilib ki, uşaqları “farsca yetərlilik” testini keçə bilmədiyi təqdirdə qüsurlu uşaqlar məktəbinə göndəriləcək.

 

“İrna”nın yaydığı mətndə vurğulanıb ki, “birinci sinifə daxil olmaq istəyən uşaqlar üzərində istər-istəməz “farsca yetərlilik” testi tətbiq olunur. Ailənin dili ilə məktəbin dili arasındakı fərq uşağın məktəb tərəfindən qeydiyyata alınması üçün maneəyə çevrilib. Bu o deməkdir ki, ailənin dili uşağın gözündə əhəmiyyətini itirəcək, nəticədə bu günün uşağı, sabahın isə ziyalısı olan şəxs öz dili və mədəniyyətindən uzaqlaşacaq.”

 

Ötən həftə Meşginşəhr Təhsil Şöbəsinin rəisi Rza Nurizadə və Qərbi Azərbaycan Təhsil İdarəsinin rəis müavini Sadiq Camei edilən etirazlara cavab verərək “farsca yetərlilik” testiniun tətbiq olunması ilə bağlı yayılan xəbərləri təkzib etmişdir.

 

İran təhsil nazirinin ibtidai təhsil üzrə müavini Rizvan Həkimzadə mayın 29-da “farsca yetərlilik testi”ni uşaqların sağlamlığının testi layihəsinə əlavə ediləcəyini açıqlamışdır. O bu qərarı İranın dini lideri Əli Xamneyinin fars dilini öyrənməklə bağlı tövsiyyəsinə diqqət yetirmək, təhsildə ədaləti təmin etmək və ikidilli bölgələrdə şagirdlərə “gec öyrənən” etiketinin vurulmasının qarşısını almaqla əlaqələndirmişdir.

Plana görə, məktəbə daxil olmaq istəyən uşaqlar fars dilində müəyyən qədər danışmalıdır, əks halda onların sağlamlıq durumu təsdiq olunmayacaq və məktəb tərəfindən qeydiyyata alınmayacaq.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN