İran Futbol Federasiyasından “Urmiyə 90” komandasına qadağa

İran Futbol Federasiyasından “Urmiyə 90” komandasına qadağa

GünAz TV: İran Futbol Federasiyası Urmiyənin Təxti stadionunun qeyri-standart vəziyyətdə olmasını bəhanə edərək “Urmiyə 90” klubunu İran çempionatının I dəstəsinin oyunlarına ev sahibliyi etməsinə qadağa qoyub.

 

Bu barədə federasiya Qərbi Azərbaycanın idman məsullarına rəsmi məktub ünvanlayıb.

 

“Urmiyənin Təxti Stadionunda çatışmazlıqlar aradan qaldırılmadığı üçün bu stadionda ölkə çempionatının I dəstəsinin oyunlarını keçirmək mümkün deyil.”- deyə məktubda qeyd olunub.

 

Futbol Federasiyası “Urmiyə 90” klubundan avqustun 1-dək Qərbi Azərbaycan Əyalətinin şəhərləri və ya digər əyalətlərdə ev sahibliyi üçün tələblərə cavab verən bir stadionun seçilməsi və bu barədə federasiyaya məlumat verilməsini tələb edib.

 

“Urmiyə 90” komandası ötən il Təbrizdən Urmiyə şəhərinə hədiyyə olunub. Klub Təbrizdə fəaliyyət göstərdiyi zaman “Qostəreş Fulad” adlanırdı, lakin Urmiyəyə intiqal edildikdən sonra “Urmiyə 90” adlandırılıb.

 

Qərbi Azərbaycan əhalisi klubun Təbrizdən Urmiyəyə intiqal edilməsini rəğbətlə qarşılasa da, əyalətin kürd kökənli məsulları, o cümlədən vali Məhəmməd Mehdi Şəhriyari və Qərbi Azərbaycan Gənclər və İdman İdarəsinin rəisi Abdulla Çəməngülü müxtəlif yollarla komandanın fəaliyyətinə maneçilik yaradır. Bu vəziyyətə yerli əhali ilə yanaşı, “Urmiyə 90” klubunun məsulları, həmçinin Urmiyənin millət vəkilləri dəfələrlə öz etirazını bildirib.

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN