İran mətbuatı: Urmiyədə kimsə “İran” komandasını dəstəkləmir / Urmiyənin iki millət vəkili etiraz olaraq voleybol yarışlarını izləməyə getməyib

2019-06-16

GünAz TV: Güney Azərbaycanın Urmiyə şəhərinin “Durnalar yuvası” stadionunda iyunun 14-dən 16-dək dünya millətləri voleybol liqası keçirilib. Yarışlar zamanı voleybol izləyiciləri İran komandasını təşviq etməyib, lakin Azərbaycanla bağlı bir çox şüar səsləndiriblər.

 

“Təsnim” xəbər agentliyi bu məsələni etiraf edərək qeyd edib ki, stadionda “İran”ın adı çəkilmir, hamı Azərbaycanı təşviq edir.

 

“Sapah”a yaxın olan agentlik yazıb ki, “yaxın dəqiqələrdə İranla Polşa (Ləhistan) komandalarının həssas oyunu Urmiyənin Qədir (“Durnalar yuvası”) stadionunda başlayacaq. Lakin stadiondakı tamaşaçılar urmiyəli oyunçuları təşviq etməkdə israrlıdır, onlar İranın adını çəkmir. Onlar hətta İran Milli Komandasını “Urmiyə Milli Komandası” adlandırır. Bəlkə də bu milli komandada urmiyəli oyunçuların çox olması ilə bağlıdır.

 

 

Güney Azərbaycanla İran arasında uçurum yarandığını göstərən oxşar xəbərlər digər mətbuat orqanları və bir neçə idman teleqram kanallarında da yayılıb. Kanallarda “Hamı təşviq olunur İrandan başqa!” başlığı altında yayılan məlumatda bildirilib ki, milli komanda adı altında keçirilən yarışlarda İranın adının çəkilməməsi heç də ürəkaçan deyil.

 

 

Azərbaycanlı fəallar bu vəziyyəti İran dövlətinin bir əsrdir Güney Azərbaycana qarşı tətbiq etdiyi zülm və ayrı-seçkiliklə əlaqələndirir.

 

Urmiyənin İran parlamentindəki millət vəkilləri Hadi Bahaduri və Nadir Qazipur isə stadiona giriş biletlərində yaradılan problemlə bağlı yarışları izləməyə gətməyiblər.

 

Hadi Bahaduri Qərbi Azərbaycanın yerli olmayan kürddilli millət vəkili Məhəmməd Mehdi Şəhriyari və Qərbi Azərbaycan Gənclər və İdman İdarəsinin Səqqiz şəhərindən olan kürddili rəisi Abdulla Çəməngülünün internetdə bilet satışında yaratdığı problemə etiraz olaraq xüsusi məna kəsb edən bir şəkil paylaşıb. Şəkildə Təbrizin “Traxtur” futbol komandasının şərfini asan millət vəkilinin əhali ilə birlikdə televiziyadan yarışları izlədiyi görünür.

 

 

Hadi Bahaduri bu barədə “Fars” xəbər agentliyinə də açıqlama verib. “Ayrı-seçkiliyi hiss etmək ayrı-seçkilik əməlindən daha pisdir. Təəssüflə əhali bunu biletlərin satışında hiss etdi. Mən bu məsələyə etiraz olaraq yarışları əhali ilə birlikdə şəhərdə quraşdırılan televiziyalardan izlədim. Hesab eliyirəm ki, artıq gənclər və idman naziri Təbrizin “Traxtur” və “Urmiyə 90” futbol komandaları, həmçinin bu iki əyalətin voleyboluna qarşı həyata keçirilən ayrı-seçkiliklərə reaksiya verməlidir.”- deyə o bildirib.

 

Urmiyənin digər millət vəkili Nadir Qazipur isə Teleqram kanalında bir video paylaşaraq biletin satışının vəziyyətinə etiraz olaraq stadiona getməyəcəyini elan etmişdir.

 

Urmiyənin millət vəkili Ruhulla Həzrətpur da ötən günlərdə anti-türk məsulların “Yaşasın Azərbaycan” şüarının qarşısını almaq cəhdlərinə etiraz etmişdir. “Bəzilərini belə bir təşəbbüs irəli sürməsi təəccüblüdür. “Yaşasın Azərbaycan” bu bölgədə çox köklü və tarixi bir şüardır. Onun Azərbaycandan başqa heç bir qrupla əlaqəsi yoxdur. İnşallah cümə, şənbə və bazar günü “Durnalar yuvası”nda “Yaşasın Azərbaycan” şüarı səsləndirəcəyik.”- deyə o vurğulamışdır.

 

İyunun 14-də yarışlarda tamaşaçı qismində iştirak edən Ruhulla Həzrətpur İnstaqram səhifəsində bir maraqlı şəkil də paylaşıb. Şəkildə azərbaycanlı gənclərin Urmiyənin “Şəhrdari” komandasının bayrağını nümayiş etdirdiyi görünür.

 

 

Qeyd edək ki,  Urmiyənin “Durnalar yuvası” stadionunda keçirilən beynəlxalq yarışlarda stadionda tamaşaçı az olsun deyə internetdə bilet satışında problem yaradıldı, azərbaycanlı gənclərin bir çoxu bilet əldə edə bilmədi. Qərbi Azərbaycanın yerli olmayan kürddilli məsulları stadionda milli şüarlarımızın səsləndirilməsinə də mane olmaq istədilər, onlar bu barədə dəfələrlə xəbərdarlıq etdilər. Lakin bütün təzyiqlərə baxmayaraq azərbaycanlı gənclərın “Yaşasın Azərbaycan”, “Azərbaycan var olsun – İstəməyən kor olsun” və s. kimi şüarları stadionu lərzəyə gətirdi.

 

Tamaşaçılardan bəziləri isə Qərbi Azərbaycan Əyaləti və Urmiyəyə göz tikən kürd terror qruplaşmalarına cavab olaraq "Urmiyə Azərbaycanın ürəyidir" plakatı qaldırdılar.

 

Oyundan sonra stadion ətrafında şənlik edən bir qrup gənc isə İran bayrağının yerinə Azərbaycanın üçrənglı bayrağını dalğalandırdılar. Onların Azərbaycanın doğma bayrağını nümayiş etdirməsi ətrafdakı soydaşlarımız tərəfindən böyük rəğbətlə qarşılandı. Urmiyə xiyabanlarında Azərbaycan bayrağından başqa "Traxtur" komandasının bayrağı da nümayiş etdirildi.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Post | Gunaz article social
فرید سرهنگی

2020-05-28

صفویان که بیشتر از ترک بودنشان به شیعه بودنشان می بالیدند برای این که در مقابل امپراطوری عثمانی قد علم کنند به مرثیه سرایی به سبک شاعران شعوبیه فارس ها مانند فردوسی پرداختند واز همین رو پان ایرانیسم(پان فارسیسم)در ایران خراب شده به وجود آمد. قابل توجه جناب احمد اوبالی که از صفویان ترک هایی قهرمان ساخته!

Şərh Yaz
gun az article

Güney azərbaycanlı öyrənci Melika Qaragözlü inzibati komitəyə çağırılıb

2020-05-30

gun az article

Şərqi Azərbaycanda baş verən yol qəzalarında 3 nəfər ölüb, 3 nəfər bədən xəsarəti alıb

2020-05-30

gun az article

Beyin ölümünə düçar olmuş 12 yaşlı təbrizli qızın bədən orqanları 5 xəstəyə həyat bəxş edib

2020-05-30

gun az article

İranın anti-Azərbaycan “Səhər tv” telekanalı Qərbi Azərbaycanı “Kürdüstan” adlandırıb

2020-05-30

gun az article

Ərdəbil əyalətində 21 yeni koronavirusa yoluxma halı aşkarlanıb

2020-05-30

gun az article

GünazTV May.29.2020: Azərbaycan Respublikasının müstəqilliyinin 102-ci il dönümü,Amerika Birləşmiş Ştatlarının müxtəlif ştatlarında anıldı.

2020-05-30

gun az article

GünazTV May.29.2020: Azadlıq səsi: Xordad qiyamının ildönümü və 11-ci məclis açılışı

2020-05-29

gun az article

GünazTV May.29.2020-QADINCA: Azərbaycan cümhuriyetinin müstəqilliyinin 102-ci ili

2020-05-29

gun az article

Mərənd-Sofiyan yolunda baş verən avtomobil qəzasında 2 nəfər ölüb

2020-05-29

gun az article

Şərqi Azərbaycanda əhalinin 18%-i koronavirusa yoluxub

2020-05-29

gun az article

GünazTV May.28.2020-Sözümüz: Parçalanmış Azərbaycan və Ədəbi Körpü

2020-05-28

gun az article

GünazTV May.28.2020- Düşünməyə Çağrı: Quzey və Güney Azərbaycan Üçün 28 May'ın Önəmi

2020-05-28

gun az article

Qərbi Azərbaycanda koronavirusa yoluxanların sayı 4900-ü ötüb

2020-05-28

gun az article

Güney Azərbaycanın Ənquran mədəni 98 il talandıqdan sonra turizm mərkəzi olur

2020-05-28

gun az article

“Mis Süngün” komandasının iki oyunçusu koronavirusa yoluxub

2020-05-28

gun az article

Təbrizdə “Barış” jurnalının yeni sayı yayımlanıb

2020-05-28

gun az article

Güney azərbaycanlı milli fəal Yusif Kari Ərdəbil həbsxanasının 16-cı korpusuna köçürülüb

2020-05-28

gun az article

Xamenei yeni məclisdə “etnik qruplaşma” ilə bağlı xəbərdarlıq edib

2020-05-27

gun az article

Qərbi Azərbaycanda daha 113 nəfər koronavirusa yoluxub

2020-05-27

gun az article

Xoy tarixi bazarında türkcə olan adlar fars sözləri ilə dəyişdirilib

2020-05-27