İran parlamentinə qeyri-fars millətlərinin təhqir olunmasını qadağan edən plan təqdim olunur

İran parlamentinə qeyri-fars millətlərinin təhqir olunmasını qadağan edən plan təqdim olunur

GünAz TV: Əhvaz, Həmidiyyə, Bavi və Karunun İran parlamentindəki millət vəkili ölkədə qeyri-fars millətlərinin təhqir olunmasını qadağan etməyi nəzərdə tutan qanunun qəbul olunmasını tələb edir.

 

Homayun Yusifi bildirib ki, İran qövmlərinin qorunması planına əsasən qövmlərə qarşı hərhansı təhqir qanunzzidd hesab olunur. Ona görə də qövmlərin aşağılanmasını qadağan edən plan parlamentə təqdim olunacaq.

 

Bu barədə Homayun Yusifi “İrna” xəbər agentliyinə danışıb.

“Biz milli birlik və islam inqilabının dəyərlərini gücləndirmək istiqamətində İran qövmlərini daha çox qorumalıyıq. Bu səbəbdən mən Xuzistanın millət vəkillərindən biri kimi qövmlərin hüququnu qorumaq naminə belə bir planın parlamentə təqdim olunmasını istədim. Məqsədim bütün qövmlərə xidmət etməkdir”- deyə o bildirib.

 

Millət vəkili sözlərinin sonunda əlavə edib, İran qövmlərinin dəyərlərini qorumaq və onlara dəstək vermək ölkədə insani və ictimai inkişafa yardım edə bilər.

 

İranda qeyri-fars millətlərinin aşağılanması faktına  bütün rəsmi və qeyri-rəsmi dairələrdə rast gəlinir. Buna səbəb hökumətin irqçi zəminində təhqirlərə yol verən şəxsləri cəzasız buraxmasıdır. İranda hətta millətlərin təhqir olunmasına etiraz edən vətəndaşlar  müxtəlif bəhanələrlə cəzalandırılır. Son illərdə çox sayda azərbaycanlı milli-mədəni fəal fars irqçilərinin milli zəmində yol verdikləri təhqirlərə etiraz etdiklərinə görə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, uzun illər həbs edilib, hətta kütləvi aksiyalar zamanı polis tərəfindən qətlə yetirilib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN