İran prezidentindən Urmu gölü ilə bağlı gülünc iddia - VİDEO

İran prezidentindən Urmu gölü ilə bağlı gülünc iddia - VİDEO

GünAz TV: İran prezidenti Həsən Ruhani Urmu gölü ilə bağlı gülünc iddia ilə çıxış edib.

 

Urmu gölünün canlandırıldığını iddia edən prezident bunu 11 və 12-ci hökumətin ən böyük xidməti kimi qələmə verib.

 

Həsən Ruhani o halda belə bir iddia ilə çıxış edib ki, Urmu gölünün bərpa olduğunu iddia etmək sadəcə bir gülüncdür. Göldə suyun səviyyəsi müəyyən qədər artıb, o da son zamanlar artan yağıntılar və daşqınlar nəticəsində baş verib. Bölgə əhalisi və yerli məsullar dəfələrlə vurğulayıb ki, Urmu Gölünü Canlandırma Mərkəzi bu günə qədər gölün canlandırılması üçün heç bir iş görməyib, göldə böhranlı vəziyyət olduğu kimi davam etməkdədir.

 

Hətta aprelin 16-da Urmiyənin İran parlamentindəki millət vəkili Hadi Bahaduri parlamentdə çıxışı zamanı da bu məsələyə işarə etmişdir. “Vurğulayacağım digər məsələ, Energetika və Kənd Təsərefatı nazirlərinə xəbərdarlıqla bağlı olacaq; Urmu gölü bərpa olunmayıb. Ona görə də əhaliyə yalan məlumat verməyin. Son yağıntıların nəticəsində göldə suyun səviyyəsi müəyyən qədər qalxıb, lakin gölün bərpa olunması üçün suyun səviyyəsinin hələ 3 metr qalxması lazımdır. Ona görə də Urmu Gölünü Canlandırma Mərkəzi işlərini sürətlə davam etdirməlidir.”- deyə o bildirmişdir.

 

https://www.youtube.com/watch?v=2iPi-aS8DKs

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN