İran rejimi tərəfindən GAMAC-a üzvlükdə əsassız ittiham edilən milli fəallarla bağlı Güney Azərbaycan Milli Azadlıq Cəbhəsindən təkzib Bəyanatı

İran rejimi tərəfindən GAMAC-a üzvlükdə əsassız ittiham edilən milli fəallarla bağlı Güney Azərbaycan Milli Azadlıq Cəbhəsindən təkzib Bəyanatı

GünAz TV: Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC) bu təşkilata üzv olmaqla əlaqədar İran məhkəmələrinin güney azərbaycanlı milli-mədəni fəallara qarşı irəli sürdüyü ittihamları təkzib edən bəyanat yayıb.

 

Bəyanatda deyilir:

“Son günlərdə Ərdəbil İnqilab Məhkəməsi tərəfindən Güney Azərbaycan milli və mədəni fəalları Abbas bəy Lisani və Rəhim bəy Qulamiyə qarşı onların Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin təşkili, idarə olunması və GAMAC-a üzv olmaları haqqında əsassız ittihamlar irəli sürülüb. İranda təşkilatlanmayla bağlı qoyulan məhdudiyyətləri nəzərə alaraq 2010-cu ildən fəaliyyət göstərən Güney Azərbaycan Milli Azadliq Hərəkatı Cəbhəsi (GAMAC) öz Nizamnaməsində üzvlük haqqında bölümdə açıq şəkildə bəyan edib ki, təhlükəsizlik səbəbindən GAMAC İran siyasi sınırlarında yaşayan azərbaycanlılardan heç bir üzv və ya təmsilçi qəbu etmir. Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi Ərdəbil Məhkəməsi tərəfindən Azərbaycan milli və mədəni fəalları Abbas bəy Lisani və Rəhim bəy Qulamiyə qarşı irəli sürülən bu əsassız ittihamları təkzib edir, bu şəxslərin GAMAC üzvü olmadıqlarını bəyan edir. Həmçinin, GAMAC bu şəxslərə qarşı uyğulanan yeni siyasi və zorakı metodların tətbiqini onların fərdi hüquqlarının kobud səkildə pozulması kimi dəyərləndirir ki, bu da insan hüquq və azadlığına dair beynəlxalq normalara ziddir.

GAMAC olaraq İran rejimindən bu əsasız ittihamlarına son qoymalarını, hazırda saxta ittihamlarla həbsdə saxlanılan bütün milli-mədəni fəalları, o cümlədən Abbas bəy Lisani və Rəhim bəy Qulamini dərhal və qeyri-şərtsiz azadlığa buraxılmalarını tələb edirik. Bəyan edirik ki, həbsdə olduqları müddətdə onlara qarşı tətbiq olunan fiziki və ya psixoloji basqılardan dolayı bu şəxslərin səhhətlərində yarana biləcək hər hansı problemə görə rejim məsuliyyət daşıyır. 

Bildiririk ki, GAMAC rejimin milli-mədəni fəallara qarşı tətbiq etdiyi qeyri-qanuni əməllərini Beynəlxalq insan haqlarını müdafiə edən qurumlar qarşısında qaldıracaq və rejimin bu kimi basqıcı davranışlarını ifşa edəcək.


Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi​ - 24 İyun 2019”

 

N.S

 

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN