İran rejimindən növbəti xainlik - Həsən Ruhani Qərbi Azərbaycan Əyalətinin adını növbəti dəfə təhrif edib! – VİDEO

İran rejimindən növbəti xainlik - Həsən Ruhani Qərbi Azərbaycan Əyalətinin adını növbəti dəfə təhrif edib! – VİDEO

GünAz TV: İran prezidenti Həsən Ruhani noyabrın 27-də Şərqi Azərbaycana yarım günlük səfər edib, o Təbrizdə çıxış edərkən Azərbaycana qarşı qərəzli mövqeyini bir daha nümayiş etdirib.

 

İran telekanallarında yayımlanan çıxışda Həsən Ruhani bir neçə əyalətin adını sadalayayıb, lakin Qərbi Azərbaycan Əyalətinin adını təhrif edərək onu “Urmiya Əyaləti” kimi təqdim edib.

 

Nəzərə alsaq ki, prezident nəzarətində olduğu əyalətlərin adını yaxşı bilir, bu hərəkət Azərbaycana qarşı məkrli planların olduğunu göstərir.

 

Həsən Ruhani səfəri zamanı uzun illər öncə təməli qoyulmuş dəmiryolu layihəsinin bir hissəsinin açılış mərasimində iştirak edib. O hələ də tam olaraq istifadəyə hazır olmayan layihənin açılışını Şərqi Azərbaycan səfərinin əsas səbəblərindən biri olduğunu bildirib.

 

İran prezidenti 2018-ci il noyabrın 19-da Qərbi Azərbaycanın Xoy şəhərinə etdiyi səfərdə də Qərbi Azərbaycan Əyalətini “Urmiya Əyaləti” adlandırmışdır.

 

https://www.youtube.com/watch?time_continue=7&v=z0nEX5rgT6k&feature=emb_logo

 

Adını çəkdiyimiz əyalətin adı dəfələrlə İranın digər yüksək rütbəli rəsmiləri, eləcə də rəsmi mətbuat orqanları, o cümlədən İran Teleradio Şirkəti tərəfindən təhrif edilib.

 

Qeyd edək ki, Qərbi Azərbaycan Əyaləti Türkiyə, Azərbaycan Respublikası və İraqla həmsərhəddir. Kürd terror qruplaşmaları uzun illərdir bu bölgəyə göz tikib. Bu məqsədlə İran rejiminin dəstəyi ilə bölgədə kürdləşdirmə prosesi gedir. Əyalətin üzərindən “Azərbaycan” sözünü ləğv edərək onu başqa adla adlandırmaq planı bölgənin kürdləşdirilməsi prosesinə dəstək verən qüvvələr tərəfindən həyata keçirilir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN