İran rəsmisi: koronavirus qarşısında duadan başqa heç iş görmək olmaz

2020-04-09 12:46

GünAz TV: Güney Azərbaycanın Qəzvin əyaləti valisinin müavini koronavirus infeksiyası ilə mübarizədə “dua və tanrıdan yardım istəmədən” başqa bir iş görməyin mümkün olmadığını deyib.

 

 

Valinin siyasi və təhlükəsizlik məsələlər üzrə müavini, Mənuçehr Həbibi “dinin gücünü inkar edən bütün liberal, laik  və kommunist qüvvələrin” də bu xəstəliyin qarşısında dua etməkdən başqa ayrı çarə olmadığı nəticəsinə gəldiklərini iddia edib.

 

Rəsmi həmçinin iddia edib ki, İranın bu xəstəliyə qarşı mübarizədə bacarıqsız olduğunu deyənlər bu gün İslam Respublikasının təcrübələrindən faydalanmaq istəyirlər.

 

O, həmçinin infeksiyaya yoluxanların və xəstəlikdən ölənlərin sayının açıqlanmasına qarşı çıxaraq “bunun cəmiyyətə heç bir faydası olmadığını” deyib.

 

 

İranın Rəsmi statistikalarına əsasən Qəzvin Güney Azərbaycan əyalətləri arasında virusa yoluxanların və qurbanların sayına görə Şərqi Azərbaycandan sonra ikinci yeri tutur.

 

Əyalətdə yeni rəqəmlər açıqlanmayıb, lakin dünən verilən məlumatda Qəzvində 1125 nəfərin koronavirusa yoluxduğu, 173 nəfərin həyatını itirdiyi bildirilmişdi.

 

İran rəsmiləri koronavirus infeksiyasının yayıldığı gündən etibarən xəstəliklə bağlı səhv, bəzən bir - birini təkzib edən rəqəmlər açıqlayaraq həqiqətləri gizlətməyə çalışır. Bu qeyri-şəffaflıq son günlərdə daha da artıb və qeyri-rəsmi mənbələr əyalət səhiyyə rəsmilərinə xəstəliyin qurbanları ilə bağlı rəqəmlərin açıqlanmaması üçün təzyiq göstərildiyini iddia edirlər.

 

 

Ü.F 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

GünazTV Jan.26.2021 : "Hikmət Hacıyevdən Vaşinqton üçün açıqlamalar"

2021-01-26

gun az article

İsrail ilə “əlaqə”də ittiham olunan çox sayda xristiyan iranlı həbs edilib

2021-01-26

gun az article

Sərəskənd əhalisinin 26%-i savadsızdır

2021-01-26

gun az article

Həmədan və Əhər şəhərlərində 59 kg uyuşdurucu maddə aşkarlanaraq götürülüb

2021-01-26

gun az article

Təqaüdçülər Təbriz, Zəncan və Urmu şəhərlərində etiraz aksiyasıları keçiriblər

2021-01-26

gun az article

Təbrizin havası bütün yaş qrupları üçün təhlükəlidir

2021-01-26

gun az article

Mədəni fəal Vəli Zöhrabi saxlanılaraq yeddi saat dindirilib

2021-01-26

gun az article

Türkmən millət vəkili məktəblərdə ana dilinin (türkməncə) tədris olunmasını istəyib+video

2021-01-26

gun az article

Türkiyənin “Anadolu Xəbər Agentliyi” Güney Azərbaycandan xəbər verir; Azərbaycan türk ailəsi övladının şəxsiyyət vəsiqəsini almaq üçün bir neçə aydır mübarizə aparır+video

2021-01-26

gun az article

GünazTV Jan.25.2021: PARLAQ GƏLƏCƏK: Qeyri-Fars Millətlərə Qarşı Ayrıseçkiliyin Yeni Dalğası

2021-01-26

gun az article

GünazTV Jan.25.2021: Paylaşım programı, 26-cı Bölüm.

2021-01-25

gun az article

Əhərin 30 kəndində təhsil kaneks məktəblərdə aparılır

2021-01-25

gun az article

Hökumət Zəncanın 50 illik "Cahan” bitki yağı zavodunu "özəlləşdirmə"klə yüzlərlə insanı işsız qoyub

2021-01-25

gun az article

Marağa-Sərəskənd yolunda baş verən qəzada 8 nəfər ölüb və yaralanıb

2021-01-25

gun az article

İranın Mədəni İrs nazirliyi Əhərin qayaüstü yazıları və qədim mağaralarına yiyə durmur+fotolar

2021-01-25

gun az article

Binab Azad Universitetinin müəllim heyəti və işçiləri etiraz aksiyası keçirib

2021-01-25

gun az article

Yusif kari ilə görüş; güneyli milli-mədəni fəalın qısa bioqrafiyası+video

2021-01-25

gun az article

Təbrizdə silahlı hücum nəticəsində dövlət məmuru öldürülüb

2021-01-25

gun az article

Traxtur komandasının qələbəsi əlbəyaxa davaya çevrilib-Traxturun qapıçısı xəstəxanaya yerləşdirilib+video,fotolar

2021-01-24

gun az article

Çaldıranda 3 antik əşya qaçaqmalçısı həyatını itirib

2021-01-24