İran rəsmisi: “Şərqi Azərbaycanda koronavirusa yoluxanların sayı hər həftə 5 dəfə artır”

İran rəsmisi: “Şərqi Azərbaycanda koronavirusa yoluxanların sayı hər həftə 5 dəfə artır”

GünAz TV: Güney Azərbaycanın Şərqi Azərbaycan əyalətində koronavirus infeksiyasına yoluxanların sayı hər həftə beş dəfə artır.

 

Bunu Təbriz Tibb Universitetinin rəisi Məhəmməd Hüseyn Somi deyib. O əlavə edib ki, əyalətdə  infeksiyaya tutulanların sayı artıq 374 nəfərə çatıb.

 

Tibb Universitetinin rəisinin dediyinə görə, Şərqi Azərbaycanda son 24 saat ərzində daha 36 nəfərdə koronavirus infeksiyası aşkarlanıb.

 

“Keçən gün infeksiya şübhəsi ilə səhiyyə mərkəzlərinə müraciət edənlərin 40 faizində yoluxma halı təsdiqlənib” - deyən rəsmi artırıb ki, “fevral ayının 20-dən etibarən yoluxma hallarının neçə dəfə artdığını müşahidə edirik.”

 

Somi, infeksiyadan canını itirənlərin sayının 29 nəfərə çatdığını bildirərək vətəndaşlardan evlərini tərk etməmələrini istədi. 

 

Rəsmi daha öncə, Şərqi Azərbaycan əyalətində koronavirusa yoluxanların 9 faizinin canını itirdiyini açıqlamışdı.

 

Somi, həmçinin koronavirus infeksiyasının geniş yayılmasına nəzarət etməyin mümkün olmayacağı,  müraciət edənlərin sayının əyalətin səhiyyə sisteminin potensialından qat-qat artıq ola biləcəyi haqda ciddi xəbərdarlıq etmişdi.

  

 

Ü.F  

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN