İran televiziyası və dövlət agentliyi qondarma “Urmiyə Əyaləti” ifadəsini işlədib – VİDEO

İran televiziyası və dövlət agentliyi qondarma “Urmiyə Əyaləti” ifadəsini işlədib – VİDEO

GünAz TV: Güney Azərbaycan əhalisinin dəfələrlə etiraz etməsinə baxmayaraq yenədə İranın rəsmi kütləvi informasiya vasitələri Qərbi Azərbaycan Əyalətinin adını təhrif edərək qondarma “Urmiyə Əyaləti” ifadəsindən istifadə ediblər.

 

Bu dəfə İran televiziyası, prezident aparatının rəsmi saytı və İran dövlət informasiya agentliyi yaydıqları xəbərdə “Urmiyə Əyaləti” sözü işlədiblər.

 

Martın 7-də prezident aparatının rəsmi saytı və İran dövlət informasiya agentliyində Həsən Ruhaninin Gilan Əyaləti İdarə Şurasındakı çıxışı ilə bağlı xəbər dərc olunub. Həmin xəbərlərdə sözügedən təhrifə yol verilib.

 

Deyilənlərə görə, Həsən Ruhani belə bir ifadə işlətməyib, o sadəcə “Urmiyə qatarı” sözünü dilə gətirib. Lakin adı çəkilən mətbuat orqanları qərəzli şəkildə belə bir təhrifə yol veriblər.

 

Bundan əvvəl Həsən Ruhani Qərbi Azərbaycanın ziyalıları ilə görüşdə “Urmiyə Əyaləti” ifadəsini işlətmişdir. Bu məsələ azərbaycanlıların kəskin etirazı ilə qarşılandı.

 

Ötən günlərdə isə bu barədə sosial şəbəkələrdə bir video yayılıb. Göründüyü kimi, İran televiziyasında xəbərləri oxuyan şəxs sözügedən qondarma ifadədən istifadə edib.

 

https://www.youtube.com/watch?time_continue=2&v=O8XjrAMeiH0

 

 

Qeyd edək ki, Qərbi Azərbaycan Əyaləti Türkiyə, Azərbaycan Respublikası və İraqla həmsərhəddir. Kürd terror qruplaşmaları uzun illərdir bu bölgəyə göz tikib. Bu məqsədlə İran rejiminin dəstəyi ilə bölgədə kürdləşdirmə prosesi gedir. Əyalətin üzərindən “Azərbaycan” sözünü ləğv edərək onu başqa adla adlandırmaq ideyası bölgənin kürdləşdirilməsi prosesinə dəstək verən qüvvələr tərəfindən həyata keçirilir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN