İranda türklərin təhqir olunması ilə bağlı cəza qanunu yoxdur – Millət vəkili / VİDEO

2018-12-20 12:02

GünAz TV: Təbrizin  millət vəkili Məhəmməd Hüseyn  Fərhəngi bildirib ki, İranda yaşayan qövmlərin təhqir olunmasına qarşı cəza qanunu olmadığı üçün davamlı olaraq milyonlarla türk, ərəb, kürd və s. təhqir olunmasına şahid oluruq.

 

Çərşənbə günü deputatlar islam cəza qanununun beşinci məcəlləsinə yeni maddələrin əlavə olunmasına razılıq veriblər. Təcili plana əsasən ölkədə yaşayan millətlərin təhqir olunması ilə bağlı qanunda cəza nəzərdə tutulmalıdır.

 

“Məclis” xəbər agentliyinin yaydığı məlumata görə, parlamentdə olan 194 millət vəkilindən 114-ü planın lehinə və 36-ı əleyhinə səs verib, 5 millət vəkili isə bitərəf qalıb. Planın parlamentdə müzakirəyə çıxarılacağı gözlənilir.

 

Təbriz, Azərşəhr (Tufarqan) və Üskünün (Uşkaya) millət vəkili Məhəmməd Hüseyn Fərhəngi planı təklif edən deputat kimi parlamentdə çıxış edib. “Bəziləri qövm və məzhəbləri təhqir edərək cəmiyyətə  təsir göstərir. Bizdə milyonlarla türk, ərəb, kürd və s. təhqir olunmasına qarşı cəza qanunu yoxdur. Halbuki, fiziki şəxslər və rəsmi məqamları təhqir edənlər məsuliyyətə cəlb olunur. Qövmərlə bağlı belə bir qanunun olmaması bir boşluqdur. Bəziləri vəziyyətdən sui-istifadə edərək bir məqalə və ya kitab yazmaqla cəmiyyətə təsir göstərir.

Ona görə də biz bu məsələni cəmiyyətin prioritet məsələsi olduğunu düşünərək təcili planı təqdim edirik. Planın təfərrüatı gələcəkdə parlamentin hüquqi komissiyasında müzakirə olunacaq”- deyə o çıxışının bir hissəsində qeyd edib.

 

İranda qeyri-fars millətləri, xüsusi ilə də türklərə qarşı ayrı-seçkilik siyasəti həyata keçirilir. İran rejimi hətta formal qanunla belə irqçiliyi məhdudlaşdırmağı lazım görmür, əksinə müxtəlif vasitələrlə fars şovinizminin yayılmasına şərait yaradır.

 

https://www.youtube.com/watch?time_continue=21&v=EafMfeBfPT8

 

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

GünazTV July.07.2020: Azadlıq səsi: Beyrutda baş verən partlayış və səbəblər

2020-08-08

gun az article

GünazTV Aug.07.2020-QADINCA: Rafiq Tağı işığında ədəbiyyat, din, İran

2020-08-08

gun az article

Traxtur klubunun sahibi voleybol komandası yaratmaq istəyir

2020-08-07

gun az article

Qərbi Azərbaycanda koronavirusdan ölənlərin sayı 775 nəfərə çatıb

2020-08-07

gun az article

Şərqi Azərbaycanda baş verən zəlzələdə xəsarət alan olmayıb

2020-08-07

gun az article

89 yaşlı qadın koronavirusa qalib gəldi

2020-08-07

gun az article

Aşan kənd əhalisi təhlükədə; müvəqqəti körpü hər an dağıla bilər

2020-08-07

gun az article

GünazTV Aug.06.2020-Sözümüz: Hökümətin Koronalı Günlərdə Əzadarlıq Siyasəti

2020-08-06

gun az article

GünazTV Aug.06.2020- Düşünməyə Çağırı: Ortadoğudaki Sorunlar və Bölgə Türklərinin Durumu

2020-08-06

gun az article

Zəncanda yol qəzası: 1 nəfər ölüb

2020-08-06

gun az article

Güney Azərbaycanda koronavirus pandemiyası ilə bağlı son vəziyyət

2020-08-06

gun az article

Azərbaycana dəstək aksiyası zamanı saxlanılan Həkimə Əhmədi sərbəst buraxılıb

2020-08-06

gun az article

Şərqi Azərbaycanda 1700-dən çox tibb işçisi koronavirusa yoluxub

2020-08-06

gun az article

Millət vəkili: Süngün mədəninin milyardlıq gəlirindən Azərbaycana pay ayrılmır

2020-08-06

gun az article

GünazTV Aug.05.2020: Beyrutda partlayış, Koronavirus və Məhərrəm əzadarlıqı.

2020-08-05

gun az article

GünazTV Aug.05.2020: Bütün medallarını Əli Xameneiyə verən "sepah idmançısı" dopinq edib

2020-08-05

gun az article

İranın kəşfiyyat və təhlükəsizlik təşkilatları güney azərbaycanlı jurnalistdən şikayət edib

2020-08-05

gun az article

Güney Azərbaycanda koronavirus pandemiyası ilə bağlı son vəziyyət

2020-08-05

gun az article

Ərdəbil divarlarında “İran vaxtı ilə həyat; məhv olmaq” qraffitisi

2020-08-05

gun az article

Milli fəal Rza Vasiqi məhkəməyə çağırılıb

2020-08-05