İranın 5 ölkəyə bölünməsi məsələsinə yenidən işarə olundu – Parlamentdə

İranın 5 ölkəyə bölünməsi məsələsinə yenidən işarə olundu – Parlamentdə

GünAz TV: İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif parlamentdə, Azərbaycan Respublikasının millət vəkilinin “İranın 5 ölkəyə bölünə biləcəyi” ilə bağlı sözünə vaxtında reaksiya verildiyini bildirib.

 

2016-cı ilin sonlarında İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycan Respublikasına səfər etməsi İran rəsmilərinin Azərbaycanın daxili işlərinə müdaxiləsi və təhdid dolu açıqlamalarına səbəb olmuşdur.

 

Mətbuatda yayılan məlumata görə, oktyabrın 21-də İran parlamentinin milli təhlükəsizlik komissiyasında keçirilən iclasda Urmiyənin millət vəkili Nadir Qazipur, Məhəmməd Cavad Zərifə sual ünvanlayıb. O bildirib ki, Benyamin Netanyahunun Azərbaycan Respublikasına bir neçə saatlıq səfərindən sonra bu ölkənin deputatlarından biri İran İslam Respuiblikasına qarşı açıqlama verib. Xarici İşlər Nazirliyi və İranın Bakıdakı səfirinin bu məsələyə reaksiya verməməsinin səbəbi nədir?

 

Məhəmməd Cavad Zərif millət vəkilinin sualına cavab olaraq reaksiya və mövqe bildirməklə əlaqədar protokola işarə edərək müxtəlif kanallar, o cümlədən İranın Bakıdakı səfirliyi vasitəsi ilə həmin açıqlamaya etiraz edildiyini bildirib.

 

Bundan sonra millət vəkili nazirin dedikləri ilə bağlı faktları araşdırıb onlarla tanış olduqdan sonra verilən cavabla qane olub və ya olmadığını bildirəcəyini deyib.

 

İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri ərəfəsində İran rəsmiləri Azərbaycana xəbərdarlıq edərək bu ölkənin daxili işlərinə müdaxilə etməyə başlamışdır. Həmin zaman bu məsələ Azərbaycan parlamentində qaldırıldı və deputat Qüdrət Həsənquliyev bildirdi ki, İsrail baş nazirinin Bakıya səfəri ilə bağlı İranın Azərbaycana qarşı nümayiş etdirdiyi aqressiyası cavabsız qalmamalıdır.

 

O, İran müdafiə nazirinin “Azərbaycanın İsraillə yaxınlaşmasına dözə bilməyəcəyik” bəyanatına cavab olaraq qeyd etmişdir ki, İranın Azərbaycana münasibətdə daha da sərtləşməsi onun özünə problem yaradacaq. İran Azərbaycana hücum edərsə, xəritədən silinəcək, yerində 5 dövlət yaranacaq.

 

Məsələyə Azərbaycan parlamentinin sədri Oqtay Əsədov da münasibət bildirmişdir. “İran heç vaxt Azərbaycanın daxili işlərinə qarışa bilməz. İran prezidenti də Ermənistana səfər etdi, məgər biz onlara qarşı bəyanat verdik?! Ona görə də hər kəs bir-birinə qarşılıqlı hörmət etməlidir”- deyə o vurğulamışdır.

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN