İranın Azərbaycandakı səfirliyi qarşısında piket keçirilib: “Həbs edilən soydaşlarımıza azadlıq” – VİDEO

İranın Azərbaycandakı səfirliyi qarşısında piket keçirilib: “Həbs edilən soydaşlarımıza azadlıq” – VİDEO

GünAz TV: Azərbaycan Respublikasının paytaxtı Bakıda bir qrup soydaşımız İran səfirliyinin qarşısında etiraz piketi keçirərək bu ölkənin həbsxanalarında olan güney azərbaycanlı fəallara azadlıq tələb ediblər.


İyulun 10-da baş tutan piketdə güneyli fəalların qanunsuz saxlanması və həbs olunmasına etiraz edilib.


Etirazçılar “Abbas Lisaniyə azadlıq”, “Soydaşlarımıza azadlıq”, “Türk dilində mədrəsə - Olmalıdır hər kəsə”, “Urmu gölü can verir – İran onun qətlinə fərman verir” və s. kimi şüarlar səsləndiriblər.


Piketdə Abbas Lisani, Siyamək Mirzayi, Səhənd Məali, Kazım Səfabəxş və Hamid Allahverdipur kimi güneyli siyasi məhbusların şəkilləri nümayiş etdirilib.


Piketin qətnaməsi Milliyətçi Gənclər Təşkilatı Ali Şurasının üzvü tərəfindən oxunub. Qətnamədə Azərbaycan türk millətinin demokratik və milli hüquqlarını müdafiə edənlərin qanunsuz olaraq uzunmüddətli həbs cəzasına məhkum edilmələri kəskin pislənilib. Qətmanədə tanınmış güney azərbaycanlı fəal Abbas Lisaninin 8 il həbs və 2 il sürgünə məhkum edildiyinə də işarə olunub.


https://www.youtube.com/watch?time_continue=13&v=CbHO_zmrmCs



N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN