İranın koronavirus siyasəti: qeyri-şəffaflıq, gizlilik və rəqəmlərin təhrifi

2020-04-07 12:54

GünAz TV: İran rəsmiləri koronavirus infeksiyasının yayıldığı gündən etibarən xəstəliklə bağlı səhv, bəzən bir - birini təkzib edən rəqəmlər açıqlayaraq həqiqətləri gizlətməyə çalışırlar.

 

Bu qeyri-şəffaflıq son günlərdə daha da artıb və qeyri-rəsmi mənbələr əyalət səhiyyə rəsmilərinə xəstəliyin qurbanları ilə bağlı rəqəmlərin açıqlanmaması üçün təzyiq göstərildiyini iddia edirlər.

 

Bunu elə həmin yerli rəsmilərin açıqlamalarında da görmək mümkündür. Ötən gün Həmədan Tibb Universitetinin rəis müavini Mənuçehr Kərəmi “Səhiyyə Nazirliyinin sərəncamına əsasən koronavirusa yoluxanların sayını açıqlamağa icazə yoxdur” deyib.

 

Güney Azərbaycanın bəzi əyalətlərində də tibb rəsmiləri gündəlik açıqlamalarında elan etdikləri qurbanların sayını bildirməyi dayandırıb.

 

Güney Azərbaycan bölgələri arasında ən yüksək yoluxma və itki faktı Şərqi Azərbaycan əyalətində qeydə alınıb. Bu əyalətdə keçən 24 saat ərzində daha 82 nəfərdə  koronavirus infeksiyasının aşkarlandığını deyən Təbriz Tibb Universitetinin rəisi Məhəmməd Hüseyn Somi əyalətdə koronavirusa yoluxanların sayının 1897 nəfərə çatdığını bildirib. Somi infeksiya qurbanlarının sayını bildirməkdən imtina edib. Rəsmi dünən verdiyi açıqlamada Şərqi Azərbaycanda koronavirusdan ölənlərin sayının 205 nəfər olduğunu bildirmişdi.

 

Güney Azərbaycan əyalətləri arasında virusa yoluxanların və qurbanların sayına görə Şərqi Azərbaycandan sonra ikinci yeri tutan Qəzvində keçən 24 saatda daha 30 nəfərin koronavirusa yoluxduğu, infeksiyaya yoluxanların ümumi sayının 1105 nəfər çatdığı bildirilib. Əyalətdə 163 nəfərin də infeksiyadan həyatını itirdiyi təsdiqlənib. Qəzvin Tibb Universitetinin rəisi Peyman Namdar infeksiyaya yoluxanlardan 727 nəfərinin sağaldığını deyib.

 

Ərdəbil əyalətində də bu günə kimi 622 nəfərin infeksiyaya yoluxduğunu deyən Ərdəbil Tibb Universitetinin rəisi Qudrət Əxəvan Əkbəri əlavə edib ki, keçən gün daha 34 nəfərin koronavirusa yoluxduğu təsdiqlənib. Əxəvan Əkbərinin dediyinə görə, son 24 saat ərzində bu əyalətdə daha altı nəfər canını itirib və beləliklə infeksiyadan ölənlərin ümumi sayı 107 nəfərə çatıb.

 

  

Zəncan əyalətinin Tibb Universitetinin rəisi Pərviz Qızılbaşın açıqlamasına görə, Güney Azərbaycanın bu əyalətində pandemiyanın yayıldığı gündən etibarən infeksiyaya yoluxanların sayı 1959, xəstəlikdən ölənlərin sayı isə 68 nəfərə çatıb.

 

 

Azərbaycanın Həmədan və Qərbi Azərbaycan əyalətlərində isə son rəqəmlər açıqlanmayıb. Dünən verilən statistikada Qərbi Azərbaycanda infeksiyaya yoluxanların sayının 1032 nəfər, xəstəlikdən ölənlərin sayının 76 nəfər olduğu bildirilmişdi.

 

Həmədanda isə dünəndən etibarən yenilənməyən rəqəmlərə əsasən 499 nəfərin koronavirusa yoluxduğu, 49 nəfərin öldüyü təsdiqlənib.

 

Qeyd edək ki, daha öncə Həmədan Tibb Universitetinin rəisi Rəşid Heydəri Muqəddəm əyalətdə koronavirusa yoluxanların sayının 1566 nəfər olduğunu demişdi, lakin xəbər qısa müddət sonra saytlardan qaldırıldı. Qeyri-rəsmi mənbələr Həmədanda infeksiyanın geniş yayıldığını, onlarla insanın öldüyünü yazırlar. 

 

Bəzi qeyri-rəsmi mənbələrə görə, İran Məhkəmə Sisteminin sədri İbrahim Rəisi ötən həftə Səhiyyə nazirliyindən koronavirus pandemiyasından dünyasını dəyişən şəxslərin ölüm səbəbini gizlətməyə, onların ölümünü digər xəstəliklərin adı ilə təqdim etməyə çağırıb.

 

O, həmçinin nazirlikdən "sosial şəbəkələrdə yayılmış statistikaların idarə edilməsi" və "koronavirusdan ölənlərlə bağlı xəbərlərlə mübarizə" istiqamətində onlarla əməkdaşlıq etməyi tələb edib.

 

 

Ü.F 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Post | Gunaz article social
فرید سرهنگی

2020-05-28

صفویان که بیشتر از ترک بودنشان به شیعه بودنشان می بالیدند برای این که در مقابل امپراطوری عثمانی قد علم کنند به مرثیه سرایی به سبک شاعران شعوبیه فارس ها مانند فردوسی پرداختند واز همین رو پان ایرانیسم(پان فارسیسم)در ایران خراب شده به وجود آمد. قابل توجه جناب احمد اوبالی که از صفویان ترک هایی قهرمان ساخته!

Şərh Yaz
gun az article

Meşginşəhrdə 15 yeni tarixi məntəqə aşkarlanıb

2020-06-02

gun az article

Ərdəbildə davada xəsarət  alanların sayında 2.5% artım müşahidə olunur

2020-06-02

gun az article

Təbrizli sənətçilər Azərbaycanın Beynəlxalq Animasiya Festivalının münsiflər heyətində

2020-06-02

gun az article

Qərbi Azərbaycan əyalətində koronavirusa yoluxanların sayında rekord artım

2020-06-02

gun az article

GünazTV June.01.2020: PARLAQ GƏLƏCƏK:İran rejimi ABŞ etirazlarınan sui-istifadə edir, Güney Azərbaycanlıların köçmək səbəbi.

2020-06-01

gun az article

Milli fəal Yunis Quluzadə həbs cəzasının icrası üçün zindana gedib

2020-06-01

gun az article

Sərçəm-Ərdəbil magistral yolunda avtomobil qəzası: 1 nəfər yanaraq ölüb

2020-06-01

gun az article

İranın təhlükəsizlik qüvvələri kürd terrorçuları tərəfindən öldürülən azərbaycanlı əsgərlərin anım mərasiminin keçirilməsinə icazə verməyib + VİDEO

2020-06-01

gun az article

Şərqi Azərbaycanda koronavirusa yoluxanların sayı artır: hər gün 160 nəfər

2020-06-01

gun az article

Təbriz meri: koronavirusun yayılması yenidən fövqəladə səviyyəyə çatıb

2020-06-01

gun az article

“İranın idman məsulları 3 dəfə Traxtur komandasının çempion olmasının qarşısını alıblar”

2020-05-31

gun az article

Gilan əhalisinin 30 faizi türkdür deyən deputatın mandatı təsdiqlənməyib

2020-05-31

gun az article

Təbriz Şəhər Şurasının üzvü: şairlər məqbərəsində kəşf edilən tarixi əşyalar gizlədilib

2020-05-31

gun az article

Qərbi Azərbaycanda koronavirusun ikinci dalğası ilə bağlı xəbərdarlıq

2020-05-31

gun az article

Zəncanda geyim mağazaları iflas həddindədir

2020-05-31

gun az article

Güney azərbaycanlı öyrənci Melika Qaragözlü inzibati komitəyə çağırılıb

2020-05-30

gun az article

Şərqi Azərbaycanda baş verən yol qəzalarında 3 nəfər ölüb, 3 nəfər bədən xəsarəti alıb

2020-05-30

gun az article

Beyin ölümünə düçar olmuş 12 yaşlı təbrizli qızın bədən orqanları 5 xəstəyə həyat bəxş edib

2020-05-30

gun az article

İranın anti-Azərbaycan “Səhər tv” telekanalı Qərbi Azərbaycanı “Kürdüstan” adlandırıb

2020-05-30

gun az article

Ərdəbil əyalətində 21 yeni koronavirusa yoluxma halı aşkarlanıb

2020-05-30