İranın məşhur futbolçusu ustad Şəhriyarın şeirini Kuruşun əsəri kimi qələmə verib

İranın məşhur futbolçusu ustad Şəhriyarın şeirini Kuruşun əsəri kimi qələmə verib

GünAz TV: İranın məşhur futbolçusu Əli Kərimi ustad Şəhriyarın “Keçmə namərd körpüsündən qoy aparsın sel səni...” şeirini Kuruşun əsəri kimi təqdim edib.

 

İran milli komandasının keçmiş oyunçusu sentyabrın 13-də məşhur şeirin farsca tərcüməsini İnstaqram səhifəsində yayaraq onu sözdə “Böyük Kuruş”un əsəri adlandırıb.

 

Əli Kəriminin bu təhrifi azərbaycanlı sosial şəbəkə istifadəçilərinin kəskin etirazı ilə qarşılanıb.

 

Etirazların artdığını görən Əli Kərimi bir neçə saat sonra şeirin tərcüməsini səhifəsindən silib.

 

Soydaşlarımızın sosial şəbəkələrdə fəal olması dəfələrlə oxşar təhriflər və Azərbaycana qarşı yönələn digər hadisələrin qarşısını alıb.

 

Əli Kərimi bu təhrifə görə hələ ki, Azərbaycan türk millətindən üzr istəməyib.

 

İrqçiliyə aludə olan farsdilli iranlılar hər zaman belə təhriflərə yol verir. Türk şair və ariflərin əsərlərinin təhrif olunması artıq çoxlarının gözündə adi hala çevrilib.

 

Ustad Şəhriyarın yazdığı şeir belə olub:

Qoy məram üstə saralsın yaz becərdən gülşəni

Anlamaz Dostu rəha et, saxla aqil düşməni

Doğru sözdür, bu keçənlərdən qalıbdır yadigar

Keçmə namərd körpüsündən, qoy aparsın sel səni

Xəl edib xəllaq aləm, bir gözəl insan səni

Qoyma dünya eyləsin qəlladəli heyvan səni

Düz yaşa azad yaşa, namərdə əymə başıvı

Yatma tülkü daldasında, qoy yesin aslan səni

 

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN