İranın Səhiyyə Nazirliyi təcili tibbi yardım xidmətində qeyri-fars dillərindən istifadə etməyi qadağan edib

İranın Səhiyyə Nazirliyi təcili tibbi yardım xidmətində qeyri-fars dillərindən istifadə etməyi qadağan edib

GünAz TV : İranda təcili tibbi yardım xidmətində yalnız fars dilindən istifadə olunmalıdır.

 

Bu barədə İran Səhiyyə Nazirliyi qərar qəbul edib. Qərar Təcili Tibbi Yardım Mərkəzlərinə elan olunub.

 

Nazirliyin qərarında yalnız qeyri-fars millətlərinə təhmil olunmuş fars dilindən istifadə etməyə təkid edilib.

 

Nazirliyin qərarında vurğulanıb ki, yerli dillərdən istifadə olunan məntəqələrdə Təcili Tibbi Yardım Mərkəzi ilə əlaqə saxlayanlar fars dilində danışmalıdır, əks halda onlara xidmət göstərilməyəcək.

 

Səhiyyə Nazirliyinin qəbul etdiyi qərar nazirin müşaviri və Təcili Tibbi Yardım Təşkilatının icraçı direktoru Pirhüseyn Kulivənd tərəfindən imzalanıb.

 

Bu qərar göstərir ki, İranda ana dilində təhsil alması qadağan edilən qeyri-fars millətləri, tədricən ana dilində qanışmaq hüququndan da məhrum edilir.

 

Son günlərdə Güney Azərbaycan şəhərlərində türk dilində danışdıqları üçün təcili tibbi yardım xidməti göstərilmədiyini dair faktlar qeydə alınıb.

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN