İranın təhsil naziri qeyri-fars dillərinə qarşı verdiyi açıqlamaya oxşar sözlər söyləyib

İranın təhsil naziri qeyri-fars dillərinə qarşı verdiyi  açıqlamaya oxşar sözlər söyləyib

GünAz TV: Ötən günlərdə İranda qeyri-fars dillərinin tədrisinin qadağan və təhlükəli olduğunu vurğulayan təhsil naziri Məhəmməd Bəthayi bu barədə oxşar sözlər söyləyib.

 

O ana dillərinə qarşı səsləndirdiyi fikirləri geri almadan məktəblərdə bu dillərdən istifadə onunmamasına təkid edib.

 

Nazir mövzu ilə bağlı iyulun 30-da sünni məzhəbinə mənsub millət vəkilləri ilə görüşdə danışıb.

 

“Ölkə konstitusiyasına əsasən ikidilli məntəqələrdə bütün dərslər rəsmi dildə keçirilməlidir. Lakin təhsil prosesində yerli dillərin əhəmiyyətini də unutmaq olmaz”- deyə o bildirib.

 

M.Bəthayi həmçinin əlavə edib ki, ölkənin rəsmi dili ilə yanaşı yerli dillər də gücləndirəcəyik.

 

Təhsil naziri ötən günlərdə verdiyi açıqlamaya etirazların davam etdiyi bir vaxtda belə bir mövqe sərgiləyib. O iyulun 14-də qeyri-fars dillərində dərs keçməyin təhlükəli və qadağan olduğunu vurğulayaraq məktəblərdə dərslərin fars dilində keçirilməsi məsələsini “sistemin qırmızı xətti” adlandırmışdır. Nazirin bu açıqlaması Azərbaycan türklərinin geniş etirazına səbəb olub, aradan iki həftədən çox keçməsinə baxmayaraq etirazlar müxtəlif formalarda davam edir.

 

Buna cavab olaraq təxminən 20 azərbaycanlı millət vəkili nazirin sözlərini pisləyərək məktəblərdə ana dillərinin tədris olunmasını tələb edib. Bir neçə millət vəkili nazirin dərhal üzr istəməsi, bəziləri isə onun parlamentdə deputatların suallarına cavab verməsini istəyib.

 

Azərbaycan əhalisi isə türk dilinin məktəb və universitetlərdə tədris olunması və təhsil nazirinin işindən uzaqlaşdırılmasını tələb edir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN