İranlı universitet müəllimi: Fars dilini bilməyən uşaqları ailələrindən ayırmaq lazımdır

2019-06-04 12:15

GünAz TV: Məşhəd universitetlərinin müəllimi Seyid Məhəmmədbaqir Təbatəbayi İranda fars dilini bilməyən uşaqların ailəsindən alınmasını təklif edib. O bildirib ki, belə ailələrin uşaq saxlamaq və tərbiyə etmək qabliyyəti yoxdur.

 

Seyid Məhəmmədbaqir Təbatəbayi İran Təhsil Nazirliyinin məktəbə hazırlaşan uşaqlar üçün nəzərdə tutulan “farsca yetərlilik testi” planına dəstək vermək məqsədi ilə belə bir təkliflə çıxış edib.

 

Sözdə universitet müəllimi Twitter səhifəsində yaydığı bir mətndə bildirib ki, “İranda yaşayan valdeynlər uşaqlarına məktəbdən əvvəl fars dilini öyrətmirsə, və ya öyrənməsinə icazə vermirsə, demək ki, onların uşaq saxlamaq və tərbiyə etmək qabliyyəti yoxdur. İranın övladları onlardan alınmalıdır.”

 

 

Seyid Məhəmmədbaqir Təbatəbayi Məşhəd sakinidir, onun memarlıq üzrə yüksək lisansı var. Vaxtaşırı irqçi açıqlamaları ilə gündəmə gələn sözdə universitet müəllimi Xorasan-i Rəzəvinin islami İrşad və Mədəniyyət İdarəsinin müşaviri və Məşhəd universitetlərinin müəllimidir. O bundan əvvəl də dəfələrlə türklərin əleyhinə bir çox yazılar yayıb və irqçi açıqlamaları ilə sosial şəbəkələrin gündəminə düşüb.

 

Qeyd edək ki, İran təhsil nazirinin ibtidai təhsil üzrə müavini Rizvan Həkimzadə mayın 29-da “farsca yetərlilik testi”ni məktəbə daxil olmaq istəyən uşaqların sağlamlığının testi layihəsinə əlavə edilə biləcəyi barədə açıqlama verib.

İrqçi plan tətbiq olunacağı təqdirdə, fars dilini bilməyən uşaqların sağlamlıq durumu təsdiq olunmayacaq.

 

Planın tətbiq olunmasından məqsəd uşaqların 7 yaşınadək ailələrdə ana dilinin öyrənməsinin qarşısını almaqdır. Təhsil Nazirliyi çalışır ki, rəsmi və qeyri-rəsmi mərkəzlər, o cümlədən uşaq bağçalarının yardımı ilə qeyri-fars millətlərinə mənsub uşaqları asimilasyona uğradaraq öz milli dil və kimliyindən uzaqlaşdırsın.

 

İrqçi açıqlamaya qarşı Güney Azərbaycan əhalisi ilə yanaşı bir neçə yerli millət vəkili də öz etirazını bildirib.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Siyasi fəal Fəramərz Bəxtiyar Abbas Lisaniyə qarşı çıxarılan ədalətsiz hökmü pisləyib – VİDEO

2020-07-12

gun az article

Qərbi Azərbaycan əyalətində koronavirus qurbanlarının sayı 570 nəfəri ötüb

2020-07-12

gun az article

Urmiyanın millət vəkili məktəb və universitetlərdə türk dilinin tədris olunmasını tələb edib

2020-07-12

gun az article

Mişo dağlarında baş verən yanğın söndürülüb

2020-07-12

gun az article

Siyasi fəal Kave Şirzad tanınmış milli fəalın azadlığa buraxılmasını tələb edib – VİDEO

2020-07-12

gun az article

İnsan hüquqları fəallarının Abbas Lisaniyə qarşı çıxarılan ədalətsiz hökmə etirazları davam edir – VİDEO

2020-07-12

gun az article

Türkmən insan hüquqları kampaniyası fəalı Abbas Lisaniyə qarşı çıxarılan ədalətsiz hökmü pisləyib - VİDEO

2020-07-11

gun az article

Şərqi Azərbaycanda koronavirus səbəbilə bütün idman mərkəzlərinin fəaliyyəti 1 həftəlik dayandırılıb

2020-07-11

gun az article

Şərqi Azərbaycanın 12 şəhərində koronavirusla bağlı vəziyyət böhranlıdır

2020-07-11

gun az article

Ərdəbildə koronavirusa yoluxmuş ana sağlam uşaq dünyaya gətirib

2020-07-11

gun az article

İran parlamentinin Həştruddan seçilmiş deputatı koronavirusa yoluxub

2020-07-11

gun az article

GünazTV Juluy.10.2020: Azadlıq səsi: Milli Hərəkatda dövlətçilik düşüncəsi və formaları

2020-07-11

gun az article

GünazTV July.10.2020-QADINCA: Milli hərəkatını mübariz simvolu Abbas Lisaninin 15 illik həbsi

2020-07-11

gun az article

GünazTV July.10.2020: İran hakimiyyəti Kiş adasının Çinə verilməsi xəbərini rədd edir

2020-07-10

gun az article

Tikantəpədə mədənlərin ətraf mühitə vurduğu ziyan yerli əhalini köç etməyə məcbur edir

2020-07-10

gun az article

İranda yaşayan qeyri-fars millətlərin təmsilçiləri Abbas Lisaniyə qarşı çıxarılan ədalətsiz hökmün ləğv edilməsini tələb edib

2020-07-10

gun az article

Güney Azərbaycan yollarında baş verən qəzalarda 8 nəfər ölüb

2020-07-10

gun az article

Güney Azərbaycanda koronavirusa yoluxanların sayı sürətlə artır

2020-07-10

gun az article

Güney azərbaycanlı ata və oğul həbsxanadan məzuniyyətə buraxılıblar

2020-07-10

gun az article

Türkmən insan haqları təşkilatı Abbas Lisaniyə qarşı çıxarılan hökmü qınayıb + Video

2020-07-10