İrqçilər azərbaycanlıların “Türkmən səhra” sel bölgəsinə göndərdiyi yardım karvanına bıçaqla hücum ediblər – Gilanda

İrqçilər azərbaycanlıların “Türkmən səhra” sel bölgəsinə göndərdiyi yardım karvanına bıçaqla hücum ediblər – Gilanda

GünAz TV: Bir neçə gündür dağıdıcı selə məruz qalan “Türkmən səhra” bölgəsinə dövlət tərəfindən təxminən yardım edilmir. Belə bir vəziyyətdə Azərbaycan şəhərlərindən yardım toplanaraq təbii fəlakətdən zərərçəkənlərə göndərirlir, lakin yardım karvanının bölgəyə çatması üçün bir çox maneçilik yaradılır.

 

Məlumata görə, martın 28-də Urmiyə, Ərdəbil və Meşginşəhrdən (Xiyav) sel bölgəsinə göndərilən yardım karvanı Gilanda irqçilərin hücumuna məruz qalıb, buna maşının üzərindəki türk dilində yazılmış banner səbəb olub.

 

Bu barədə yük maşının sərnişinlərindən biri Azərbaycanın yerli mətbuatına müsahibə verib.

 

“Əşrəfiyyə Astanası və Rəşt istiqamətində hərəkət etdiyimiz zaman yerlilərdən bir neçəsi bizə bıçaqla hücum edərək maşının hərəkət etməsinə imkan vermədilər.

Hücumçular maşının önündəki türk dilində yazılmış bannerə görə belə bir hərəkətə əl atdılar. Onlar maşının qapısına yumruq və təpik vuraraq bizdən öz şəhərimizə qayıtmağımızı istədilər. Biz bir neçə saat sonra axırki ağsaqqalların yardımı ilə “Türkmən səhra”ya tərəf yola düşə bildik”- deyə o bildirib.

 

Qeyd edək ki, bölgənin təhlükəsizlik orqanlarının sel bölgəsinə gedən yardım karvanının təhlükəsizliyini təmin etməməsi xüsusi diqqət çəkir.  

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN