İrşad İdarəsinin kürd terroruna qurban gedənlərə hörmətsizliyi etiraza səbəb olub- Sulduzda

İrşad İdarəsinin kürd terroruna qurban gedənlərə hörmətsizliyi etiraza səbəb olub- Sulduzda

GünAz TV: Sulduz Şəhər İslami İrşad İdarəsi kürd terror qruplaşmasının qətliam törətdiyi bir gündə radikal bir kürd şairinə yaradıcılıq gecəsi keçirməsi soydaşlarımızın kəskin etirazına səbəb olub.

 

Məlumata görə, İrşad İdarəsi aprelin 20-də terror qruplaşması “Kürdistan Demokrat Partiyası”nın Sulduzda törətdiyi cinayətlərinin ildönümündə hər kəsin radikal bir kürd kimi tanıdığı şairə yaradıcılıq gecəsi keçirib. Mərasim zamanı bir neçə radikal mühacir kürd səhnəyə çıxaraq çıxış edib.

 

 

Yerli əhali rəsmi orqanın bu hərəkətini terror qurbanlarına hörmətsizlik kimi qəbul edir, hökumətə etiraz bildirirlər.

 

Sulduzlu soydaşlarımız mərasimin Qərbi Azərbaycanın yerli olmayan kürd kökənli valisi Məhəmməd Mehdi Şəhriyarinin tapşırığı ilə keçirildiyinə inanır.

 

Qeyd edək ki, 1979-cu il fevralın 19-da, İranda islam inqilabı baş tutduqdan 8 gün sonra mühacir kürdlər Əbdulrəhman Qasimlunun rəhbərliyi ilə Mahabad (“Soyuq Bulaq”) şəhərinin hərbi hissəsinə hücum edərək oradakı silahları qarət edib, sonra Sulduzu xəyalı böyük Kürdistana ilhaq etmək üçün bu şəhərə hücuma keçiblər. Həmin il aprelin 20-də daha ağır hücum baş verib. Mitinq keçirmək bəhanəsi ilə Sulduzun stadionuna toplaşan təxminən 20 min silahlı kürd xiyabanlara axışaraq şəhər əhalisini gülləyə tutublar. Belə bir vaxtda sulduzlu soydaşlarımızın böyük əksəriyyətində silah olmayıb, onlar əllərində olan az sayda yüngül silahla doğma şəhəri sonunadək müdafiə edib, nəhayət silahlı hücumçuları şəhərdən çıxara biliblər. Toqquşmalar zamanı yüzlərlə soydaşımız şəhid olub.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN