İsfahanın Bələdiyyə İdarəsi “Saib Təbrizi”nin adından “Təbrizi”ni götürüb – GÖRÜNTÜ

İsfahanın Bələdiyyə İdarəsi “Saib Təbrizi”nin adından “Təbrizi”ni götürüb – GÖRÜNTÜ

GünAz TV: İranda türk mədəniyyəti və kimliyinin təhrifi istiqamətində müxtəlif çirkin ssenarilər həyata keçirilir.

 

Bu dəfə İsfahanın Bələdiyyə İdarəsi klassik Azərbaycan ədəbiyyatının ən tanınmış nümayəndələrindən biri Mirzə Məhəmməd Əli Saib Təbrizinin adını təhrif edib. Rəsmi dövlət orqanı böyük şairinin Azərbaycan türklərinə aid olduğunu gizlətmək məqsədi ilə tarixi şəxsiyyətin adından “Təbrizi” sözünü götürüb.

 

Məlumata görə, Bələdiyyə İdarəsi şairin məqbərəsində ucadılmış heykəlin üzərində “Saib Təbrizi” deyil, təkcə “Saib” sözü yazdırıb. Bu təhrifin Azərbaycan və ümumiyyətlə türk kimliyinə qarşı olduğu kimsədə şübhə doğurmur.

 

Təhrifi əks etdirən görüntü bir neçə gündür ki, azərbaycanlı sosial şəbəkə istifadəçiləri tərəfindən müzakirə olunur, şovinistlərin növbəti irqçi hərəkəti hər kəsi hiddətləndirib.

 

Səfəvilər dövrünün böyük şairlərindən olan Saib Təbrizi Güney Azərbaycanın Təbriz şəhərində dünyaya göz açıb, dünyaşöhrətli şair Azərbaycan türkcəsi və fars dilində yazıb-yaradıb.

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN