İşgəncəçilər ərəb məhbuslardan tələb edir: “Nəcis; farsca danış…”

İşgəncəçilər ərəb məhbuslardan tələb edir: “Nəcis; farsca danış…”

GünAz TV: Vaxtı ilə siyasi məhbus olan əmək fəalı Sepide Qəlyan İran rejiminin həbsxanalardakı cinayətlərini növbəti dəfə ifşa edib.

 

O bu barədə Twitter səhifəsində məlumat paylaşıb.

 

Xanım Sepidə Qəlyan Əhvazda həbs olunan yerli ərəblərdən birinin həbsxanada ağır işgəncə olunaraq fars dilində danışmağa məcbur edildiyini bildirib.

 

“İşgəncəçilər İsmayılı batum (polis dəyənəyi) və kabellə döyərək ondan sözdə keçirilən əməliyyatın adını soruşurdular.  O isə ərəb dilində bu barədə heç nə bilmədiyini bildirirdi. O ərəbcə danışdığına görə daha çox işgəncə olunurdu. Ona deyilirdi ki, “nəcis; fars dilində danış”

İşgəncəçilər sonra İsmayılın bədəninin üstünə deyəsən qaynaq su tökdülər. Onu etiraf etməyə vadar etmək istəyirdilər. Yenə də ondan əməliyyatın adını soruşdular. O isə “yandım, yandım” deyərək fəryad edirdi. Məhbus əməliyyat barədə heç nə bilmədiyini vurğulayırdı.”- deyə məlumatda qeyd olunub.

 

Siyasi fəal əlavə edib ki, ərəb məhbuslara hətta işgəncələr altında ərəbcə danışmağa icazə verilmir.

 

Sepide Qəlyan bundan əvvəl yüzlərlə ərəb qadının Əhvaz zindanlarında həbs olunduğu və onların ağır vəziyyəti barədə məlumat yayıb. O bildirib ki, sözügedən məhbusların əsas günahı onların qadın və ərəb olmasıdır.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN