“İsna” xəbər agentliyi Qərbi Azərbaycan Əyalətini “Urmiyə Əyaləti” adlandırdı!

“İsna” xəbər agentliyi Qərbi Azərbaycan Əyalətini “Urmiyə Əyaləti” adlandırdı!

GünAz TV: Kürd terror qruplaşmalarının Güney Azərbaycanın qərb bölgələri ilə bağlı apardığı təbliğata İranın əksər mətbuat orqanları da dəstək verir.

 

Məlumata görə, “İsna” xəbər agentliyi yaydığı bir xəbərdə Qərbi Azərbaycan Əyalətini “Urmiyə Əyaləti” adlandırıb. Agentlik həmçinin vaxtı ilə Ərdəbil bölgəsi və Şərqi Azərbaycan Əyalətində yerləşən Astaranın Ərdəbil Əyalətinə yenidən ilhaq edilməsi ilə bağlı tələbləri Amerika Birləşmiş Ştatları (ABŞ), İngiltərə, İsrail və Səudiyyə Ərəbistanı ilə əlaqələndirib.

 

Özünü öyrəncilərin səsi və müxtəqil agentlik adlandıran “İsna” “Pantürklər Astara Heyranının dərəsinə düşdü” başlıqlı yazıda “Heyran gədiyi”ni “Astara heyranı” kimi təqdim etməklə yanaşı azərbaycanlıların qanuni tələbini  pantürkizm hərəkatı kimi qələmə verib. Sözdə müstəqil agentlik azərbaycanlıların haqlı tələbini yuxarıda adlarını çəkdiyimiz xarici ölkələrə bağlayaraq bu hadisədən hamının narahat olduğunu qeyd edib.

 

Məşhur agentlik informasiya yayıldıqdan bir neçə saat sonra “pantürk” sözünü silməyə məcbur olub, o yazının başlığını “Astara Heyranının dərəsinə düşmək” cümləsi ilə əzəvləyib.

 

PKK, “Pjak” və s. kimi kürd terror qruplaşmaları Güney Azərbaycanın qərb bölgəsini kürdləşdirərək bölgəni xəyali böyük Kürdistanın bir hissəsinə çevirmək istəyirlər. İran rejiminin də dəstək verdiyi plan müxtəlif üsullar, o cümlədən bölgədə şəhər, kənd və digər coğrafi adların dəyişdirilməsi ilə həyata keçirilir. Qərbi Azərbaycan Əyalətini  “Urmiyə Əyaləti” adlandırmaq “Azərbaycan” sözünü unutdurmaq və terror qruplaşmalarına haqq qazandırmaqdan başqa heç nə ilə izah oluna bilməz. Şübhəsiz ki, Azərbaycan əleyhinə işləyən bu açıq və gizli planlar Azərbaycan türk millətinin ciddi nigaranlığına çevrilib.

 

Xatırladaq ki, son günlərdə Ərdəbilin “Heyran gədiyi” ərazisini Gilan Əyalətinə birləşdirməklə bağlı bu əyalətin rəhbərliyinin irəli sürdükləri tələblər azərbaycanlıların geniş etirazına səbəb olub. Bir çox soydaşımız, o cümlədən Astara əhalisi isə vaxtı ilə Ərdəbil bölgəsi və Şərqi Azərbaycan Əyalətində yerləşən Astara məntəqəsinin yenidən Ərdəbilə birləşdirilməsini tələb edirlər. “İsna” xəbər agentliyinin yol verdiyi təhriflərin məhz bu günlərə təsadüf etməsi “Heyran gədiyi” ilə bağlı gizli planların olduğunu bir daha sübut edir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN