Kəleybərdə “Qara Qaya” əşayirlərinin festivalı keçirilib

Kəleybərdə “Qara Qaya” əşayirlərinin festivalı keçirilib

GünAz TV: Şərqi Azərbaycan Əyalətində yerləşən  Kəleybərin “Qara Qaya” məntəqəsi elat-əşayir tayfalarının 26-cı festivalı keçirilib.

 

Mayın 3-də keçirilən festivalda İdman və mədəniyyət sahəsində əşayirlərin həyat tərzini əks etdirən müxtəlif proqramlar icra olşunub.

 

Hər il “Qara qaya” məntəqəsində keçirilən festivalda atıcılıq, at sürmə, güləş, ipçəkmə və qaçış kimi idman növləri üzrə yarışlar təşkil olunur. Bu il əsasən kişi və qadınlar üçün ayrı-ayrılıqda at sürmə və kişilər üçün qaçış yarışları həyata keçirilib.

 

Yerli əhali tərəfindən böyük rəğbətlə qarşılanan festivalı izləmək üçün Şərqi Azərbaycan və Ərdəbil Əyalətlərindən çox sayda insan festivala qatılıb.

 

Qaçış yarışı üzrə ilk beşlikdə sıralama ilə Puya Rizvan, Məhəmməd Rzayi, Ruhulla Təqəvi, Hüseyn Seyfi və Əli Zeynali yer alıb.

 

Qadınların at sürmə yarışında isə Sevda Səbri 1-ci və Sevda Rəisi 2-ci olub.

 

Kişilərin qaçış yarışı isə 5 mərhələdə təşkil olunub. Birinci mərhələdə Salma Qəffari, Keyvan Salehi və Hadi Hacı Xəddamlu, ikinci mərhələdə Şəhram Bərzgər, Salman Qəffari və Keyvan Salehi, üçüncü mərhələdə Cavad İbadi, Huşəng Şəhrzadə və Fərhad Rəncbər, dördüncü mərhələdə Cavad İbadi, Siyamək Camali və Abdulla Nurzad, beşinci mərhələdə isə Mehdi Rəncbər, Əsğər Ruhi və Fərcam Şəbani sıralama ilə birinci üçlükdə yer alıblar.

 

 

 

 

N.S

 

 

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN