KİV: ““Traxtur” əks-hücum taktikasına keçib – Bir oyunda komandanın 6 oyunu qədər qol vurulub”

KİV: ““Traxtur” əks-hücum taktikasına keçib – Bir oyunda komandanın 6 oyunu qədər qol vurulub”

GünAz TV: Güney Azərbaycanın “Traxtur” futbol komandası oktyabrın 21-də Qaimşəhrdə qarşılaşdığı “Nəssaci” komandasına 4 qol vurmağa nail oldu, bu, “Traxtur”un 19-cu super liqa yarışları başlayandan 6 oyunda vurduğu qollara bərabərdir.

 

“Mehr” xəbər agentliyi “Traxtur”-“Nəssaci” görüşü ilə bağlı yaydığı xəbərdə baş məşqçi Mustafa Dənizlinin 6 oyundan sonra əks-hücum taktikasına keçdiyini yazıb.

 

Bildirilib ki, super liqanın 7-ci həftəsinədək “Traxtur” komandası müdafiə taktikasına üstünlük verirdi. Lakin hücumda bir o qədər uğur əldə edə olunmurdu. “Nəssaci” ilə qarşılaşmada isə baş məşqçi əks-hücum taktikasına keçdi, bunun nəticəsində “Traxtur” ötən 6 oyunu qədər qol vurmağa nail oldu.

 

Yazıda oyunun ikinci hissəsinə xüsusi diqqət çəkilib:

“Yeni taktika oyunun ikinci hissəsində daha çox hiss olunurdu, ona görə də ikinci hissədə vəziyyət təmami ilə dəyişdi və rəqib komandaya 4 qol vuruldu.”

 

Qeyd edək ki, super liqa yarışlarının 7-ci həftəsində baş tutan görüş 4:0 hesabı ilə Azərbaycan komandasının xeyirinə yekunlaşmışdır.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN