Kürd azarkeşlər “Urmiyaya ölüm” və “Türkiyəyə ölüm” şüarı səsləndirib – Mərivanda / VİDEO

Kürd azarkeşlər “Urmiyaya ölüm” və “Türkiyəyə ölüm” şüarı səsləndirib – Mərivanda / VİDEO

GünAz TV: Kürdistan Əyalətinin Mərivan şəhərində türk millətinin ünvanına təhqiramiz söyüş və qərəzli şüarlar səsləndirilib.

 

Noyabrın 10-da İran super liqası çərçivəsində Urmiyanın “Şəhrdari” voleybol komandası Mərivanın “Rahyab meləl” klubunun qonağı olub. Rəqibini məğlub edən Azərbaycan komandası 1200 nəfərlik Zaqros stadionunda kürd azarkeşlərinin təhqiramiz hərəkətləri ilə üzləşib.

 

Radikal kürdlər oyun boyu “Urmiyaya ölüm” və “Türkiyəyə ölüm” şüarı səsləndirərək türk millətinə qarşı nifrətlərini bir daha dilə gətiriblər.

 

https://www.youtube.com/watch?time_continue=14&v=IEx1r2BY23E&feature=emb_logo

 

 

https://www.youtube.com/watch?time_continue=3&v=ON9WCsC_6B8&feature=emb_logo

 

 

Oxşar şüarlar noyabrın 7-də “Təbriz  Məhəmmədzadə Sorxpuşan” futbol komandası ilə Mahabadın “Mokriyan” komandası arasında keçirilən görüşdə dilə gətirilib. İran çempionatının III dəstəsinin yarışları çərçivəsində keçirilən görüşdə irqçi kürd azarkeşlər Azərbaycan türklərinin ünvanına radikal şüarlar ünvanlayıb, “Türkiyəyə ölüm” şüarı səsləndiriblər. Bir çox mahabadlı azarkeş isə azərbaycanlı oyunçulara su butulkası və daşla hücum edib.

 

https://www.youtube.com/watch?time_continue=15&v=bAMG5F9wF0U&feature=emb_logo

 

 

Noyabrın 1-də Təbrizin səhənd stadionunda Güney Azərbaycanın “Traxtur” və Tehranın “İstiqlal” komandaları arasında görüş keçirilib. Görüş zamanı “Traxtur” tərəfdarları Türkiyənin Susiyanın şimalında həyata keçirdiyi antiterror əməliyyatına dəstək nümayiş etdirərək türk əsgərinə hərbi salam veriblər. Kürd azarkeşlərin Türkiyə və Azərbaycanın ünvanına radikal şüarlar səsləndirməsi böyük ehtimalla bu hadisə ilə bağlıdır.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN