Kürd terror qruplaşmalarının tərəfdarları Türkiyəyə qarşı etiraz aksiyası keçirmək istəyir - Urmiyada

Kürd terror qruplaşmalarının tərəfdarları Türkiyəyə qarşı etiraz aksiyası keçirmək istəyir - Urmiyada

GünAz TV: Türkiyə Silahlı Qüvvələrinin oktyabrın 9-da Suriyanın şimalında antiterror əməliyyatına başlaması Güney Azərbaycanın qərb bölgəsində yaşayan radikal mühacir kürdlər, xüsusi ilə də kürd terror qruplaşmalarının tərəfdarlarını hərəkətə gətirib.

 

Son məlumata görə, Urmiyada islahatçı adlanan düşərgəyə aid bir qrup sözdə siyasi fəal Türkiyənin Suriyanın şimalında kürd terror qruplaşmaları və İŞİD-ə qarşı həyata keçirdiyi “Barış bulağı” əməliyyatına qarşı etiraz aksiyası keçirməyə çalışır. Deyilənlərə görə, onlar təhlükəsizlik orqanlarının bir yürksək rütbəli rəsmisinin təşviqi ilə Qərbi Azərbaycan Valiliyinə müraciət edərək Urmiyada aksiya keçirmək üçün icazə istəyib. Hələlik müraciətin qəbul olunub və ya olunmadığı məlum deyil.

 

Güney azərbaycanlı fəallar isə Urmiyada Türkiyə əleyhinə keçiriləcək istənilən etiraz aksiyası haqda xəbərdarlıq edib. “Terror tərəfdarlarına aksiya icazəsi veriləcəyi təqdirdə azərbaycanlı gənclər müxtəlif şəhərlərdə nümayişlər keçirib, radikal qüvvələrin bu vəziyyətdən sui-istifadə etməsinə imkan verməyəcəklər. Sözügedən aksiyanın mümkün mənfi nəticələrinin məsuliyyətini birbaşa aksiyaya icazə verən şəxs və ya şəxslər daşıyacaq.”- deyə azərbaycanlı fəallar vurğulayıb.

 

Qeyd edək ki, etiraz aksiyasına cəhd göstərən sözdə siyasi fəallar islahatçı adlanan düşərgəyə aiddir. Bu düşərgənin mənsubları Qərbi Azərbaycan Əyalətinin kürdləşdirilməsi prosesində hər zaman aktiv rol oynayıb. Əyalətdə Azərbaycan türklərinin mədəni fəaliyyətinə məhdudiyyət qoyulması, radikal kürdlərin həssas rəsmi postlara gətirilməsi, radikal kürd ailələrinin Qərbi Azərbaycanın şəhər və kəndlərində yerləşdirilməsi və s. sözdə islahatçı cərəyan və hökumətdə təmsil olunan radikal kürd kökənli qüvvələrin Qərbi Azərbaycanda həyata keçirmək istədikləri planların tərkib hissəsidir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN