Makıda 6 yaşlı uşağın cəsədi tapılıb

Makıda 6 yaşlı uşağın cəsədi tapılıb

Gün Az TV: Güney Azərbaycanın sərhədyanı Makı şəhərində 6 yaşlı uşağın cəsədi tapılıb.

 

Bu barədə Makı Qızıl Aypara Cəmiyyətinin rəisi Səccad İsmayılzadə mətbuata məlumat verib.

“Bir iranlı qadın 3 və 6 yaşlı uşaqları ilə birlikdə qanunsuz yolla Türkiyəyə keçmək istəyib. Bazirqan gömrüyünün yerləşdiyi dağın arxasından sərhəddi keçməyə çalışan qadın sərhədçilər tərəfindən tutulub, lakin onun 6 yaşlı uşağı qaçaraq gözdən itib”- deyə o bildirib.

 

Qızıl Aypara Cəmiyyətinin rəisinin sözlərinə görə, uşaq gecə qaranlığında dağda qaçmağa başlayıb və onu yaxalamaq mümkün olmayıb. Gözdən itən uşağın cansız bədəni 5 saat sonra tapılıb.

 

Güney Azərbaycanın Makı məntəqəsi Türkiyə ilə həmsərhəddir. İranı müxtəlif səbəblərə görə tərk etmək istəyən çox sayda qadın, kişi və uşaqların əksəriyyəti, həmçinin insan alverinin qurbanı olanlar məhz bu məntəqədən Türkiyəyə keçir. Sərhədyanı Makı məntəqəsində vaxtaşırı mühacirət qurbanlarına rast gəlinir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN