Makıda azərbaycanlı ailə imkansızlıqdan xarabalıqda yaşayır – VİDEO

Makıda azərbaycanlı ailə imkansızlıqdan xarabalıqda yaşayır – VİDEO

GünAz TV: Qərbi Azərbaycan Əyalətinin Makı şəhərində 4 nəfərlik ailə yoxsulluqdan xarabalıqda yaşayır.

 

Ailənin yaşadığı xarabalığı videoya çəkən makılı soydaşımız Höccət Pam onların hazırda Bazirqan caddəsinə yaxın bir yerdə acınacaqlı vəziyyətdə qaldıqlarını bildirib. Vəzifəli şəxslər və əhalidən yardım tələb edən soydaşımız həmin ailənin ata, qız və iki oğlan uşağından ibarət olduğunu deyib.

 

https://www.youtube.com/watch?time_continue=6&v=kbNp3XVyRuE

 

O bu barədə İnstaqram səhifəsində yazıb ki, artıq mağarada yaşamaq və kartonlar üstündə yatmaq dövrü keçib. Xahiş eliyirəm ki, məsullar bu barədə düşünsünlər. Hətta narkoman bir ailə haradasa yaşayırsa, insan ləyaqəti və kəramətinin qorunması naminə, onlar aşkar edilməli və müəyyən yaşayış yerlərinə aparılmalıdır.

 

Höccət Pam əlavə edib ki, əldə olunan məlumata əsasən ola bilsin ki, o insanın uşaqları da narkomandır. Həmin uşaqlar yeniyetmə dövründə narkoman valdeyindən alınıb düzgün tərbiyyə olunsaydı, indi bu vəziyyət yaranmazdı.

 

İran rejiminin ayrı-seçkilik siyasəti nəticəsində Güney Azərbaycanda yoxsulluq, işsizlik, narkomaniya, cinayət və intihar halları günü-gündən artıb. Oxşar hadilərə Azərbaycanın bütün məntəqələrində rast gəlinir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN