Makıda keçirilən futzal yarışında milli şüarlar səsləndirilib – VİDEO

Makıda keçirilən futzal yarışında milli şüarlar səsləndirilib – VİDEO

GünAz TV: Kürd terror qruplaşmaları tərəfindən təhdid edilən Güney Azərbaycan şəhərlərində tez-tez milli şüarlar səsləndirilir.

 

Bu dəfə Qərbi Azərbaycan Əyalətində yerləşən sərhədyanı şəhər Makıda milli şüarlar səsləndirilib.

 

Məlumata görə, Rəməzan kuboku  çərçivəsində Vəliəsr stadionunda keçirilən futzal yarışında tamaşaçılar gur səslə “Azərbaycan, Azərbaycan”, “Yaşasın Azərbaycan” və s. kimi şüarlar səsləndiriblər.

 

Yarış iyunun 17-də iki yerli komanda arasında keçirilib.

 

Oyunun videosu fəallardan biri tərəfindən GünAz TV-yə göndərilib. Həmin şəxs oyun boyu tamaşaçıların milli şüarlar səsləndirdiyini bildirib.

 

https://www.youtube.com/watch?time_continue=16&v=LcvGF9zETLU

 

Bundan əvvəl oxşar şüarlar Sulduzda keçirilən futzal yarışında verilib. Ötən günlərdə keçirilən futzal yarışında kürdləri təmsil edən komandanın tərəfdarları azərbaycanlılara qarşı hücuma keçib, onları nalayiq küçə söyüşləri ilə söyüblər. Onlar hətta sulduzlu soydaşlarımıza tərəf bir çox əşya, o cümlədən butulka və daş atıb, türklərin ünvanına təhqiramiz söyüşlər səsləndiriblər. Azərbaycanlı futzal tamaşaçıları bu təhqirlərə “Azərbaycan, Azərbaycan” və “Yaşasın Azərbaycan” şüarları ilə qarşılıq verib.

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN