Makıda “Pejak” terrorçuları tərəfindən oğurlanan şəxs öldürülüb

Makıda “Pejak” terrorçuları tərəfindən oğurlanan şəxs öldürülüb

GünAz TV: Xəbər verdiyimiz kimi, mayın 3-də Güney Azərbaycanın sərhədyanı Makı şəhərinin “Dem qışlaq” kəndində Tacəddin  Mirzayi Atəşgah adlı bir şəxs “Pejak” terrorçuları tərəfindən oğurlanıb.

 

Həmin şəxsin terrorçular tərəfindin ağır işgəncə ilə qətlə yetirildiyi bildirilir.

 

Məlumata görə, terrorçular oğurladıqları şəxsin ailəsi ilə telefon əlaqəsi saxlayaraq onu buraxmaq üçün 500  milyon tümən məbləğində pul tələb edib, lakin ailəsi həmin məbləği təmin edə bilməyib. Bu səbəbdən Tacəddin oğurlandıqdan iki həftə sonra terrorçular tərəfindən vəhşicəsinə öldürülüb.

 

Cəsədi “Öztəpə” məntəqəsinə atılan Tacəddinin qulaq, əl və barmaqlarını kəsilib, onun baş və üz nahiyyəsində işgəncə izləri müşahidə olunub. Terror qurbanının ayaq və bel nahiyyəsinin yandırıldığı da bildirilir.

 

PKK və ona bağlı olan “Pejak” terror təşkilatının Qərbi Azərbaycan Əyalətində terror aktı törətməsi və insan oğurlamasına dair çoxlu faktlar var. PKK Qərbi Azərbaycan əyalətinə göz tikən digər kürd terror qruplaşmaları ilə birlikdə bölgənin kürdləşdirilməsi prosesini həyata keçirmək məqsədi ilə Azərbaycan türklərinə müxtəlif yollarla, o cümlədən terror aktları törətməklə təzyiq göstərir. Bölgənin demoqrafik tərkibinin dəyişdirilməsi İran rejiminin də gündəmində olduğu üçün terror qruplaşmaları bu vəziyyətdən sui-istifadə edir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN